İdman

Yurgen Klopp "Liverpul"un oyununu notbukdan izləyəcək

4 Fevral 2020 19:04
0 Şərh     Baxış: 1 445
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Liverpul" İngiltərə Federasiya kubokunun 1/16 final mərhələsinin cavab oyununda aşağı liqa təmsilçisi "Şrusberi" ilə qarşılaşacaq.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, "qırmızlar"ın baş məşqçisi Yurgen Klopp qarşılaşmada texniki zonada yer almayacaq. Mersisaydlılar matça U-23 komandası ilə çıxacaq. Texniki zonada U-23-ün çalışdırıcısı Nik Kritçli əyləşəcək.

Klopp matçı notbukdan izləyəcək və telefonla taktiki gedişləri göndərəcək. Almaniyalı mütəxəssis futbolçuların istirahətini pozmamaq üçün belə addım atıb. O, ilk matçdan sonra belə qərar verəcəyini demişdi: 

"Kubokun cavab matçına U-23 komandasının baş məşqçisi Nil Kritçlinin rəhbərliyi ilə gənc futbolçuları göndərəcəyəm. Çünki futbolçulara demişdim ki, onlara tam olaraq iki həftəlik istirahət verəcəyəm".

Qarşılaşma 23:45-də baş tutacaq. Komandaların ilk oyunu 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.