İdman

Azərbaycan millisinin üzvü oyun alverinə görə həbs olundu - FOTO

1 Fevral 2020 13:14
0 Şərh     Baxış: 1 551
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sən demə, başqa idman növlərinin təmsilçilərinin də futbol qumarına qoşulmasıyla bağlı deyilənlər gerçək imiş.

Milli.Az xəbər verir ki, bu mövzuda "Futbol+" qəzetinin redaksiyasına çox ilginc xəbər daxil olub.

Belə ki, futbol oyunlarının nəticəsinə müdaxilə edən şəxslərdən daha biri həbs olunub. Söhbət basketbol yığmamızın üzvü Amil Həmzəyevdən gedir.

30 yaşlı basketbolçunun hazırda Kürdəxanı təcridxanasında saxlanıldığı bildirilir. Yığmanın heyətində 2017-ci ildə Bakıda keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi olan Həmzəyev son vaxtlar "Gəncə"nin formasını geyirdi.

Və bir müddət çempionatın ən məhsuldar basketbolçuları sırasında yer alırdı. Amma son bir neçə turda onun adına rast gəlinmir. Amillə əlaqə saxlamaq mümkünsüzdü. Basketbolun içində olan bəzi şəxslər də onun mobil telefonuna zəng çatmadığını söyləyib.

Danışılmış oyunlarla bağlı Kürdəxanıda saxlanılan digər şəxs futbol yığmamızın sabiq üzvü Cəmşid Məhərrəmovdur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.