İdman

“Qarabağ” İspaniyadan oyunçu alır?

31 Yanvar 2020 15:19
0 Şərh     Baxış: 1 387
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ" transfer pəncərəsinin son günü İspaniyadan heyətinə yeni futbolçu cəlb edə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, məşhur "Marca" nəşri Ağdam klubunun "Rayo Valyekano"nun hücuma meylli gənc yarımmüdafiəçisi Coni Montieli yay fasiləsini gözləmədən indi heyətinə qatmaq istədiyini yazıb. Azərbaycan çempionunun buna görə qarşı tərəfə yaxşı təklif irəli sürdüyü iddia olunur.

21 yaşlı gənc futbolçunun əsas heyətə düşməkdə çətinlik çəkdiyi bildirilir. Bu səbəbdən qış fasiləsində "Rayo Valyekano"nun onu satmaq və ya icarəyə vermək istədiyi iddia olunub. O, bu mövsüm Sequndada sonradan meydana daxil olmaqla 12 oyunda iştirak edib.

Qeyd edək ki, Avropada transfer pəncərəsi bu gün bağlanır.

Əlavə edək ki, "Qarabağ"ın transfer bazarında ən çox müraciət etdiyi ölkə İspaniyadır. İndiyədək Ağdam klubu həmin ölkədən 4 futbolçunu - Dani, Miçel, Xayme Romero və Ovusu Kvabenanı heyətinə qatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.