İdman

Karateçimiz qızıl medal qazanıb

26 Yanvar 2020 23:05
0 Şərh     Baxış: 1 243
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Parisdə keçirilən Karate 1 Premyer Liqa turnirində İrina Zaretska qızıl medal qazanıb.

Milli.Az bildirir ki, Azərbaycan təmsilçisi norveçli Endrin Hilton, serbiyalı Andriana Vasoviç, çinli Qonq Li və yaponiyalı Kayo Someyanı məğlub edərək finala yüksəlib. Həlledici görüşdə misirli Feryal Abdelazezi məğlub edən İ.Zaretska Karate 1Premyer Liqa turnirinin qalibi olub.

Qeyd edək ki, karateçimiz Rafiz Həsənov (67 kq) yarışda bürünc medal qazanıb.

Fransadakı turnirdə 92 ölkədən 703 karateçi mübarizə aparıb. İdmançılar hər qələbəyə və medalların əyarına əsasən dünya reytinqi ilə yanaşı, Olimpiya reytinq xalları da qazanıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.