İdman

Dadaşov oynadı, “Vulverhempton” 1 xalla kifayətləndi

25 Yanvar 2020 09:33
0 Şərh     Baxış: 1 171
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə İngiltərə Premyer Liqa Kubokunda növbəti oyunlar keçirilib.

Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Vulverhempton"un U-23 komandası da növbəti matçına çıxıb.

Futbolçumuzun komandası doğma meydanda "Lids"dən olan həmyaşıdları ilə üz-üzə gəliblər. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib - 2:2.

Dadaşov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib.

"Vulverhempton"un gəncləri bu oyundan sonra yer aldıqları H qrupunda 7 xalla liderdilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.