İdman

"Çelsi"də ciddi itki

11 Yanvar 2020 17:56
0 Şərh     Baxış: 726
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Çelsi"nin futbolçusu Kristian Pulişiç zədə səbəbi ilə bir neçə həftə yaşıl meydanlardan kənar qalacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə "zadəganlar"ın baş məşqçisi Frenk Lempard Premyer Liqanın 22-ci turunda "Börnli" ilə matçdan əvvəl keçirilən mətbuat konfransında məlumat verib. İngiltərəli mütəxəssis 21 yaşlı yarımmüdafiəçini əzələ ağrıları səbəbi ilə heyətdən çıxardığını bildirib:

"Pulişiç əzələsinə görə bir neçə həftə kənarda qalacaq. Bu, bizim üçün itkidir və üzülürük. Miladdan əvvəl bir az yorğunluqdan şikayətləndi. Ona görə də zədə qorxusu səbəbindən onu bir müddət heyətdən çıxardım. Kristian azarkeşləri sevindirməyi bacaran, istedadlı bir futbolçudur".

Qeyd edək ki, bu gün keçiriləcək "Çelsi" - "Börnli" görüşü saat 19:00-da start götürəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.