İdman

AFFA daha 3 nəfəri futboldan uzaqlaşdırdı - Sabiq "Qarabağ"lı da var

10 Yanvar 2020 16:22
1 Şərh     Baxış: 1 602
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının "danışılmış oyunlar"a qarşı apardığı mübarizə çərçivəsində müxtəlif oyunlar mütəmadi qaydada izlənir.

Milli.Az xəbər verir ki, qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə və futbol tədbirləri (oyunlar, məşqlər və s.) zamanı stadionlara girişinə qadağa qoyulur:
 
Namiq Yusifov - "Qarabağ" FK-nın sabiq oyunçusu
Ceyhun Quliyev - "Səbail-2" komandasının sabiq oyunçusu
Kamran Əkbərov - "Səbail-2" komandasının inzibatçısı, U-19 milli komandasının sabiq inzibatçısı
 
Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər.

Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apellyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.