İdman

"Real"dan ulduz futbolçu üçün 80 milyon avroluq təklif

6 Yanvar 2020 18:15
0 Şərh     Baxış: 1 443
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real" "Leypsiq"in hücumçusu Timo Verneri transfer etmək istəyir.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, "Kral Klubu" Almaniya təmsilçisinə 80 milyon avro təklif edir. "Real"ın məqsədi 23 yaşlı hücumçunu yayda heyətinə qatmaq niyyətindədi. 

Qeyd edək ki, Verner "Leypsiq"ə 2016-cı ilin yayında "Ştutqart"dan 14 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 75 milyon avro qiymət qoyub.

23 yaşlı futbolçu cari mövsümdə 25 rəsmi matça çıxaraq 23 qol vurub və 10 məhsuldar ötürmə edib. O, Bundesliqada 18 qola imza atıb və 19 qolla bombardirlər yarışına başçılıq edən "Bavariya"nın ulduzu Robert Levandovskidən sonra ikinci ən sərrast futbolçudu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.