İdman

"Zlatan dedi ki, narahat olmayın, yaxşı formadayam" - Stefano Pioli

2 Yanvar 2020 17:06
0 Şərh     Baxış: 713
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Zlatan döyüşkən, xarizmatik, məsuliyyətli və böyük qələbə ruhu olan futboçudur".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Mian"ın baş məşqçisi Stefano Pioli "Corriere della Sera"ya açıqlamasında deyib.

İsveçli hücumçunun "Milan"a keçidi haqda danışan çalışdırıcı Zlatanın təcrübəsinin komandaya çox faydalı olacağını billdirib: "İtaliya çempionatında ən gənc komanda olaraq bir sıra çətinliklərlə üzləşdik. İbrahimoviç bu boşluqları doldurmaq üçün bizə kömək edəcək. Onda liderlik keyfiyyəi var. Onunla telefonla danışdım və nə qədər motivasiyalı olduğunu gördüm. Komandada hər şey haqqında maraqlandı. Mənə dedi ki, narahat olmayın, fiziki cəhətdən də yaxşı formadayam".

Qeyd edək ki, 38 yaşlı futbolçu ilə yaxın günlərdə müqavilə imzalanacağı gözlənilir. O, bundan əvvəl 2010-2012-ci illərdə də "Milan"da çıxış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.