"Sabah" FK Rocer Roxasla yollarını ayırıb.
Milli.Az klubun saytına istinadən xəbər verir ki, honduraslı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Roxas bu ilin avqust ayından paytaxt klubunun uğurları üçün çalışırdı. 29 yaşlı futbolçu "Sabah"da keçirdiyi 13 oyunda (11 Premyer Liqa, 2 ölkə kuboku) 2 qola imza atıb.
Milli.Az