İdman

"40 yaşıma qədər oynayacağam" - Villian

25 Dekabr 2019 19:09
0 Şərh     Baxış: 733
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Çelsi"nin futbolçusu Villian komandadakı taleyi ilə bağlı açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi "zadəganlar"da qalmaq istədiyini deyib.

Braziliyalı oyunçunun London təmsilçisi ilə müqaviləsi 2020-ci ilin yayında başa çatır:

"Hər kəs bu klubu necə sevdiyimi, "Çelsi"də oynamağı xoşladığımı bilir. Bacara bilsəm, 40 yaşıma qədər burada qalacam. Amma futbol həmişə belə deyil. Burada oynamaq istəyirəm. Lakin bu, təkcə mənim verəcəyim qərar deyil.

Klubla birlikdə qəbul edilməlidir. Bu mövzuda söhbətlərimiz olub. Ümid edirəm ki, komandada qalacağımı söyləyə biləcəyəm. Amma indi bunu deyə bilmirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.