İdman

İkardinin həyat yoldaşından Lukakuya atmaca

24 Dekabr 2019 08:23
0 Şərh     Baxış: 2 009
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSJ-nin futbolçusu Mauro İkardinin həyat yoldaşı Vanda Mara "İnter"in hücumçusu Romelu Lukakunu tənqid edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Argentina millisinin üzvünün eyni zamanda agenti də olan Nara belçikalı oyunçu ilə bağlı deyib: "Lukakunu böyük matçlarda da görsək yaxşı olar. "İnter"in ondan əvvəlki 9 nömrəli (İkardini nəzərdə tutur - red.) 150 qol vurdu.

Lukaku Çempionlar Liqasında da yetəri qədər qol vurmayıb. İndi turniri televiziyadan izləmək məcburiyyətindədir. İnsanların düşüncüləri tez dəyişir. Yarışdan kənarda qalanda Lukakunu tənqid edirdilər, amma indi ona sanki fenomen kimi davranırlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.