İdman

Sabiq "Qalatasaray"lının yeni klubu bəlli oldu

23 Dekabr 2019 23:30
0 Şərh     Baxış: 1 085
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xorvatiyalı mütəxəssis İqor Tudor özünə yeni iş yeri tapıb. Milli.Az matc.az-a istinadən bildirir ki, 41 yaşlı mütəxəssis ölkəsinin "Hayduk" (Split) klubu ilə anlaşıb. 

Bu barədə Split təmsilçisinin rəsmi saytı məlumat yayıb. Vaxtilə bu komandanı çalışdırmış Tudor 5 illik fasilədən sonra "Hayduk"a dönüb. O, köhnə-yeni klubu ilə 2,5 illik müqaviləyə imza atıb.
 
Tudor 2013-2015-ci illər aralığında da "Hayduk"a rəhbərlik etmişdi. O, bu klubdan ayrılandan sonra Yunanıstan PAOK-unda, Türkiyə "Qalatasaray"ı ilə "Karabükspor"unda, həmçinin "Udineze"də (İtaliya) çalışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.