İdman

"Problem bizdə deyil, "Liverpul"dadır" - Qvardiola

22 Dekabr 2019 21:58
0 Şərh     Baxış: 1 757
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandasının Premyer Liqadakı çıxışı haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis "Marca"ya açıqlamasında deyib ki, əsas problemləri Premyer Liqada "Liverpul" kimi rəqiblərinin olmasıdır:

"La Liqanın lideri olan "Barselona"dan cəmi 1 xal arxadayıq. Problem ondadır ki, bizim çempionatda 17 oyundan 16-da qalib gələn və bir heç-heçə edən komanda var - "Liverpul". Onları təbrik edirəm. Matçlarda uduzub, xal itiririk, amma heç vaxt oyun üslubumuza xəyanət etmirik".

Qeyd edək ki, "şəhərlilər" hazırda Premyer Liqanın turnir cədvəlində 38 xalla 3-cü pillədədir. Lider "Liverpul"un isə 49 xalı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.