İdman

UEFA ən çox qazanan klubların siyahısını açıqladı

20 Dekabr 2019 16:22
0 Şərh     Baxış: 1 780
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA 2018-19 mövsümündə Çempionlar Liqasının (ÇL) iştirakçılarılarının gəlirlərini açıqlayıb.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, qitə futbol qurumu ÇL və Avropa Superkuboku üçün klublara 1 milyard 976 milyon avro ödəyib. Bu isə bir mövsüm əvvəlkindən 564 milyon avro çoxdu.

Ötən mövsüm UEFA-dan ən çox gəlir qazanan komanda yarımfinalçı "Barselona" olub. Kataloniya klubu büdcəsinə 117,7 milyon avro əlavə edib. ÇL-in qalibi "Liverpul" 111 milyon 900 min avro qazanıb. Digər finalçı "Tottenhem"in gəliri isə 101,6 milyon avro təşkil edib.

Bu baxımdan növbəti yerləri müvafiq olaraq "Yuventus" (95,5 milyon), "Mançester Yunayted" (93,4 milyon), "Mançester Siti" (93,2 milyon), PSJ (85,8 milyon), "Atletiko" (85,6 milyon), "Real" (85,3 milyon) və "Bavariya" (82,8 milyon) tutur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.