İdman

Georginadan Ronalduya SEVGİ ETİRAFI

20 Dekabr 2019 16:04
0 Şərh     Baxış: 3 060
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yuventus" futbol klubunun hücumçusu Kriştianu Ronaldunun nişanlısı Georgina Rodrigez necə tanış olduqlarını açıqlayıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, məşhur cütlüyün münasibətləri Gerorginanın menecer olduğu mağazaya Ronaldonun gəlməsi ilə başlayıb. 4 il əvvəl məşhur markanın mağazasında işləyən Georgina alış-veriş üçün gələn ulduz futbolçunu görən kimi ona aşiq olduğunu deyib.

Belə ki, səhərisi gün yenidən qarşılaşan gələcək sevgililər görüşməyə başlayıblar. Georgina sevgi hekayəsi haqqında danışarkən ''Daha sonra həmin gün iş yerimdə deyil də başqa məkanda söhbət etməyə başladıq. Və bu hər ikimiz üçün ilk baxışdan sevgi idi'', - o bildirib. 

Qeyd edək ki, futbolçunun nişanlısı yoxsul ailədə doğulub və bir müddət ofisiant, satıcı çalışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.