İdman

Türkiyə klubundan Məsut Özilə təklif

20 Dekabr 2019 13:29
0 Şərh     Baxış: 1 981
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil karyerasını Türkiyədə davam etdirə bilər.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, "Fənərbağça" növbəti dəfə onu heyətinə qatmaq fikrinə düşüb.

"Sarı-lacivərdlilər" Almaniya millisinin sabiq üzvünü yanvarda icarəyə götürmək niyyətindədi. Bununla bağlı klublar arasında danışıqlara start verilib. Əvvəllər "Liverpul" və "Tottenhem"də çalışmış "Fənərbağça"nın idman direktoru Damyen Komolli hazırda danışıqlar aparır. Bu həftə ərzində razılığın əldə olunması istisna edilmir.

Qeyd edək ki, Məsut Özilin "Arsenal"la müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.