İdman

C seriyasından təklif - İbrahimoviçə

15 Dekabr 2019 17:21
0 Şərh     Baxış: 1 246
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveç millisinin sabiq futbolçusu Zlatan İbrahimoviçə daha bir klub elçi düşüb.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, İtaliyanın C seriyasında çıxış edən "Montsa" ulduz futbolçuya müqavilə təklif edib.

Bunu klub rəsmisi Adriano Qalliani deyib. O bildirib ki, skandinaviyalı hücumçuya 2,5 illik müqavilə təklif olunub: "Klub prezidenti Silvio Berluskoninin icazəsindən sonra futbolçunun meneceri ilə danışdım. O, birbaşa Zlatanla danışmağımı məsləhət gördü. Mən də hücumçuya dedim ki, komandamıza gəl, 2 ildən sonra A seriyasında olacağıq".

Qeyd edək ki, ABŞ təmsilçisi "Los Anceles Qalaksi" ilə anlaşması ilin sonunda başa çatacaq Z.İbrahimoviçi digər İtaliya klubları "Milan"la "Napoli" də heyətində görmək istəyir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.