"Barselona"nın hücumçusu Antuan Qrizmann İspaniya La Liqasının 15-ci turunda "Atletiko" ilə oyunda xoşagəlməz halla üzləşib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, fransalı futbolçu Madriddə keçirilən görüşdə sabiq komandasının azarkeşləri tərəfindən təhqir olunub. Yerli fanatlar "Qrizmann, öl!" şüarı səsləndiriblər.
Bundan başqa, "Hər zaman bir adın olmağını istədin, adı qazandın, amma insan olmağı unutdun!" yazılmış pankart açılıb.
Qeyd edək ki, 2014-2019-cu illərdə "Atletiko"da çıxış edən Qrizmann bu ilin yayında "Barselona"ya keçib.
Milli.Az