İdman

“APOEL düşündüyüm futbolu oynamır” - Tomas Doll

20 Oktyabr 2019 17:21
0 Şərh     Baxış: 1 331
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

APOEL-in baş məşqçisi Tomas Doll dünən Kipr çempionatında dünən "Doha" üzərindəki qələbəni (2:0) şərh edib.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, o matçdan sonra keçirilən mətbuat konfrasında deyib: "Bu, bizim ən yaxşı oyunumuz olmasa da, üç xal qazandıq. Futbolçular xoş təsir bağışladı, topa nəzarət edə bildi, ancaq sürət aşağı, asan top itkiləri, səhvlər oldu. İkinci qol bizə hədiyyə verildi, bununla oyun bitdi".

Alman mütəxəssis bildirib ki, komanda inkişaf etməlidir: "Daha yaxşı oynayaçalıyıq. Mən indi "Qarabağ"la oyunu fikirləşmirəm. Öz beynimdə bugünkü matçı bitirməliyəm. Hələ ki, komanda düşündüyüm futbolu oynamır. Düzdür, hamı məsuliyyəti baş məşqçinin üzərinə qoyur. Bu, mənim uçun problem deyil. Bəzi futbolçular yaxşı çıxış etməlidirlər".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.