İdman

"Çelsi"nin ulduzu taksi sürücüsü ilə dava etdi - VİDEO - FOTO

1 Oktyabr 2019 19:27
0 Şərh     Baxış: 1 095
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin "Çelsi" klubunun futbolçusu Ross Barkli Liverpul şəhərində xoşagəlməz hadisə ilə diqqət mərkəzinə düşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi sərxoş halda taksi xidmətindən istifadə edib. İngiltərəli oyunçu çantasının içindəkiləri maşına dağıdıb.

Sürücü Barklidən avtomobili təmizləməyi tələb edib, oyunçu isə bundan boyun qaçırıb. Daha sonra o, nağd pulu olmadığı üçün ödənişdən imtina edib.

Hadisə yerinə gələn polislər futbolçu ilə söhbət edib və taksi sürücüsünə pul ödəməsi üçün onu bankomatadək müşayiət ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.