İdman

Habibin evi qarət olundu

9 Aprel 2026 11:25
Baxış: 309
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Marsel"in baş məşqçisi Habib Beyenin evindən oğurluq edilib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, hadisə 8 aprel gecəsi Fransanın Fuvo şəhərində baş verib. İki oğru hasarın üstündən keçərək pəncərəni sındıraraq evə daxil olublar.

Oğrular lüks markadan bahalı geyimlərin olduğu çamadanı oğurlayıblar. Hadisə baş verən zaman məşqçinin evdə olmadığı bildirilir.

Polis tez bir zamanda hadisə yerinə gəlib, lazımi istintaq hərəkətlərini aparıb və barmaq izlərini toplayıb.

Habib Beye 2026-cı ilin fevral ayında "Marsel"in rəhbərliyində Roberto De Dzerbini əvəz edib. Komanda hazırda Liqa 1-də dördüncü yerdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.