İdman

“Tottenhem” Harri Keynə qiymət qoydu - Fantastik rəqəm

26 Sentyabr 2019 17:39
0 Şərh     Baxış: 1 657
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin "Tottenhem" klubu hücumçusu Harri Keynin transfer qiymətini müəyyənləşdirib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, 26 yaşlı futbolçunu klubda saxlamağa çalışan londonlular, onun üçün 250 milyon funt-sterlinq transfer qiyməti müəyyənləşdirib. Klub prezidenti Daniel Levinin futbolçunu komandada saxlamaq niyyətində olduğu bildirilir.

Buna baxmayaraq, "Tottenhem"in cari mövsümü kuboksuz başa vuracağı halda, ingiltərəli futbolçunun klubdan ayrılacağı deyilir.

2011-ci ildən "Tottenhem"də çıxış edən Keynin klubla müqaviləsi 2024-cü ilədək nəzərdə tutulur. O, cari mövsümdə iştirak etdiyi 7 oyunda 5 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.