İdman

"Fənərbağça"nın ulduzunun qalmaqallı həyatı: Çılpaq foto, 19 yaş böyük qadın, xəyanət...

9 Sentyabr 2019 09:52
0 Şərh     Baxış: 2 703
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu yay Türkiyə klublarına bir neçə ulduz futbolçu transfer olundu ki, onlardan biri də Adil Rami oldu. "Fənərbağça"nın Marsel "Olimpik"indən heyətinə qatdığı Mərakeş əsilli fransalı futbolçu qalmaqallı həyatı ilə diqqəti çəkir. 
 
Milli.Az fanat.az-a istinadən Adil Raminin şəxsi həyatından maraqlı məqamları təqdim edir.
 
Çılpaq foto...
 
 
"Fənərbağça"nın yeni ulduzu illər əvvəl çılpaq fotosu ilə gündəmə gəlmişdi. Belə ki, 2001-ci ildən dərc edilən və hər il fərqli idman növlərindən idmançıların çılpaq fotolarının yer aldığı "Les Dieux du stade" təqviminin 2011-ci il sayı üçün Adil Rami çılpaq şəkildə kamera qarşısına çıxmışdı. Həmin vaxt "Lill"də çıxış edən futbolçunun əlindəki topla verdiyi erotik pozlar uzun müddət müzakirə olunmuşdu. 
 
Maniken sevgili və əkiz oğlanlar...
 
 
Adil Rami 2011-ci ildə Roland Garros tennis turnirində Sidoni Biemontla tanış olub. Cütlük 5 il birlikdə birlikdə yaşayıb. Fransız maniken futbolçunun əkiz oğlanlarını dünyaya gətirib. Onlar Zayn və Madi adı verdikləri övladlarının 2016-cı ilin 7 sentyabrında dünyaya gəlməsindən qısa müddət sonra ayrılıblar.
 
Xəyanət, şiddət...
 
 
Rusiyada keçirilən 2018-ci il dünya çempionatının qalibi olan Fransa yığmasının heyətində yer alan Adil Raminin adının qarışdığı ən böyük qalmaqal isə amerikalı model Pamela Andersonla yaşadığı münasibət olub. Onların münasibəti 2017-ci ildə başlayıb və bu bu ilin yayında başa çatıb.
 
52 yaşlı modellə 33 yaşlı futbolçunun münasibəti qalmaqallı şəkildə yekunlaşıb. Ayrılığa səbəb isə xəyantə olub. Pamela Anderson iyunun 25-də ayrılığı "Istagram" hesabından elan edərək Adil Ramini "yalançı" və "canavar" adlandırıb. Bir gün sonra öz saytından onun keçmiş sevgilisi ilə yazışmalarını yayan amerikalı model futbolçunun onun əllərini çartladana qədər əzdiyini bildirmişdi.
 
 
"İki qadının ağlına və ürəyinə nəzarət etmək necə mümkün ola bilər ki? Həyatımın son iki ili yalan imiş. Böyük sevgiyə inanırdım. Amma aldadıldım. Öyrəndim ki, ikili həyat yaşayırmış" deyə Pamela Anderson özündən 19 yaşlı kiçik sevgilisi haqqında yazıb.
 
Bu açıqlamalardan sonra Fransa Milli Qadın Həmrəyliyi Dərnəyi onunla bütün əlaqələrini kəsib. Futbolçu özü isə iddiaları təkzib etmişdi.
 
 
Məşq əvəzinə TV proqramı...
 
Adil Ramiyə son zərbəni isə iki mövsümdü formasını geyindiyi "Olimpik" klubu vurmuşdu. Belə ki, Fransa klubu zədəsini səbəb göstərərək mayın 20-dəki məşqə qatılmayan futbolçunun eyni gün "Fort Boyard" adlı televiziya proqramına qatılması ortaya çıxandan sonra onunla bağlı intizam tədbirlərinə başlamışdı. Yekunda isə ulduz futbolçu Liqa 1 klubundan qovulmuşdu.
 
 
Qeyd edək ki, Fransanın Bastiya şəhərində doğulan Adil Rami peşəkar karyerasına "Frejus" klubunda başlayıb. 2006-cı ildə "Lill"ə keçən futbolçu 5 il bu komandada oynayıb. 2011-ci ildə "Valensiya" onu 6 milyon avroya transfer edib. 2014-cü ildə "Milan"a icarəyə verilən mərkəz müdafiəçinin həmin il transfer hüququ 4,25 milyon avro qarşılığında həmin kluba satılıb. Bir il sonra "Sevilya" onu 3,25 milyon avroya alaraq 2017-ci ildə 6 milyon avroya Marsel "Olimpik"inə satıb.
 
Adil Rami 2010/11 mövsümündə "Lill"lə Fransa çempionluğunu və kubokunu, 2015/16 mövsündə "Sevilya" ilə Avropa Liqasını qazanıb.
 
Müdafiəçi 2010-cu ildən dəvət aldığı Fransa millisində 36 oyun keçirərək 1 qol vurub. 33 yaşlı futbolçu "DÇ-2018"dən sonra Fransa prezidenti Emmanuel Makron tərəfindən "Fəxri Legion" ordeni ilə təltif edilib.
 
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.