İdman

İsrailli idmançıların seks qalmaqalı

13 Aprel 2010 17:16
Baxış: 1 335
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az newsru.co.il saytına istinadən xəbər verir ki, Bakıda keçirilən çempionatda iştirak edən İsrail yığmasının 3 üzvü fahişələrlə əylənərkən yaxalanıblar. Məlumatda bildirilir ki, onlar yarışın ilk mərhələsində məğlub olduqdan sonra qaldıqları mehmanxanada yüngül əxlaqlı qızlarla əylənmək qərarına gəliblər. Bu zaman idmançılar nümayəndə heyətinin təhlükəsizlik xidməti tərəfindən tutulub.

Maraqlıdır ki, israilli qılıncoynadanlar təhlükəsizlik əməkdaşlarını aldatmağa çalışıblar. Onlar iddia ediblər ki, otaqdakı xanımlar qılıncoynatma üzrə Çexiya millisinin üzvləridir və söhbət etmək üçün onların yanına gəliblər. Amma onların kələyi baş tutmayıb. Qızlar mehmanxanadan qovulub, idmançılar haqda isə "yuxarı" məruzə edilib. Artıq hər 3 idmançı İsrail millisindən qovulub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.