İdman

"Qələbəyə layiq idik" - APOEL-in baş məşqçisi

13 Avqust 2019 23:19
9 Şərh     Baxış: 2 329

"Çox çətin oyun oldu. "Qarabağ"dan belə çıxış gözləyirdim".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri APOEL-in baş məşqçisi Tomas Doll Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Qarabağ"la cavab matçından sonra mətbuat konfransında deyib.

Nikosiya təmsilçisinin yeni çalışdırıcısı Bakıda 2:0 hesabı ilə qalib gələrək pley-offa yüksəldikləri matçı belə şərh edib:

"Komandamızın çıxışından razı qaldım. Rəqibin necə oynaması ikinci dərəcəlidir. "Qarabağ"ın da şansları var idi, ilk hissədə qol vura bilərdilər, qapıçımız möhtəşəm seyv etdi. Qapısında qol görməmək böyük klub üçün əla nəticədir".

T.Doll Kiprdəki matçdan fərqli oynadıqlarını bildirib: "Qol vurmaq üçün çox imkanlar əldə etdik. Mənim üçün vacib olan komandamın qol vurmaq istəyi idi. Penalti olmasaydı belə, başqa imkanlardan qol vuracaqdıq. Sonradan qol vurmaq üçün kifayət qədər vaxtımız var idi. Rəqibi qarşıladıq, şanslar yaratmağa çalışdıq. Nəzərə alaq ki, bu gün səfərdə çıxış edirdik. Ən önəmlisi konsentrasiyanı itirməmək və hücumla müdafiə arasında balans yaratmaq idi. Futbolçularım meydanda ürəklərini ortaya qoydular".

T.Doll ürəkli  oynamalarının qələbənin əsas açar rolu olduğunu qeyd edib: "İlk görüşlə müqayisədə çox şeyi dəyişdik. Sürətli, geniş futbol oynadıq, çoxlu ötürmələr etdik. İkinci hissənin ilk 10-15 dəqiqəsində çətin anlar yaşadıq, qapıçımız çox seyvlər etdi. Rəqibin dayanmadan asmaları var idi. Yalnız ondan sonra oyunu düzəldə bildik. Addım-addım nəticəyə doğru getdik. Ümumilikdə, qalibiyyətə layiq idik".

Milli.Az

loading...

Şərh yaz:

9 Şərh:

  • Anonim
    Hesen · 13 Avqust 23:2900

    Çox utancvericidir. Azerbaycan da futbol yoxdur vessalam. Agillari yoxdur klub yaradirlar.

    Cavab yaz
  • Anonim
    Hesen · 13 Avqust 23:3000

    Qarabaga hemise azarkeşlik etmişem. Amma bununla da son verdim. Bu ne biabirci oyun idi. Ayib olsun onlara.

    Cavab yaz
  • Anonim
    Asif · 13 Avqust 23:3200

    Bele oyun oynamaqdan sa gedib bazarda kartof satmaq yaxsidir. Pul verib xarici oyunçu alirlar,aldiqlari da hec ne.

    Cavab yaz
  • Anonim
    Asif · 13 Avqust 23:3410

    Oyundan bir gün qabaq apoel komandasının baş meşqçisi lovğalanırdı. Haqqı da var imiş.

    Cavab yaz
    • Anonim
      Elman · 14 Avqust 08:2400

      Bu oyunu satmiwdilar

      Cavab yaz
  • Anonim
    Sakit · 14 Avqust 00:1410

    oz evlerinde klonluq etdiler ele bil.cox zeif...nece qol fursetini elden verdiler.

    Cavab yaz
  • Anonim
    Roya · 14 Avqust 06:3010

    Beli doğru qeyd etdi.Onların hem ürekleri,hem başları hem de ayaqları oynayırdı.Qarabağ ise hemişekinden ferqli olaraq başları ve ayaqları onadı.Ürekle oynamadılar.

    Cavab yaz
  • Anonim
    Rahab · 14 Avqust 09:3910

    Ay Qurban Qurbanov bu azarkeşlər seni dəstəkləyir səni bəyənir sən niyə bu azarkeşlərin fikirinə hörmət etmirsən? Rəşad Sadıqov qocalıb onun yeri Baş məşkçinin köməkçisidir sən sanki Rəşaddan asılı kimi rəftar edirsən onu yola sal bəsdi adına təcrübənə hörmət et bizi az məyus et Rəşad kimiləriylə

    Cavab yaz
  • Anonim
    Rahab · 14 Avqust 09:4010

    Əl çək bu qoca Terminatordan

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.