İdman

Mahir Emreli "Trabzonspor"un hədəfində

8 Avqust 2019 15:29
1 Şərh     Baxış: 2 147
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Son günlər adı İspaniya klubları ilə yanaşı çəkilən "Qarabağ"ın futbolçusu Mahir Emreli ilə bağlı daha bir iddia ortaya atılıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu Türkiyə Super Liqasında mübarizə aparan "Trabzonspor"un transfer hədəfindədir.

Mahirin "Bakı" və "Qarabağ"da ümumilikdə 142 matç keçirdiyi və 37 qol, 12 məhsuldar ötürmə ilə yadda qaldığı bildirilib. Mahirlə  İspaniyanın "Deportivo", "Malaqa" və "Almeriya" klublarının maraqlandığı qeyd olunub.

Mahirin formasını geyindiyi "Qarabağ" hazırda Çempionlar Liqasında mübarizə aparır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.