"Ulduz xəstəliyinə düşsə, onu tez sağaldarıq" - "Neftçi"nin baş məşqçisi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Çətin oyun olacağını bilirdik. Futbolçularıma tapşırmışdım ki, rəqibə yuxarıdan aşağı baxmasınlar".
Milli.Az goal.az-a istinadən xəbər verir ki, bunları "Neftçi"nin baş məşqçisi Roberto Bordin Bakıda Moldovanın "Sperantsa" komandasını 6:0 hesabı ilə məğlub etdikləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra deyib.
İtaliyalı mütəxəssis "Bakcell Arena"da təşkil olunan mətbuat konfransında bildirib ki, görüşün əvvəlində çətinlik çəkiblər:
"Bəziləri asan qələbə qazandığımızı düşünə bilər. Ancaq matçın əvvəlində çətinlik yaşadıq. Futbolçularımı oyuna köklənərək qalib gəldikləri üçün təbrik edirəm. Bu, bütün komandanın qələbəsidir. Oyunçuların hamısı özlərini yaxşı göstərdilər. İsmayıl Zülfüqarlı da gənc olmasına rəğmən, yaxşı çıxış etdi. Qol vurması mənim üçün hədiyyə oldu. Ulduz xəstəliyinə düşsə, onu tez sağaldarıq. Belə bir şeyin olacağına inanmıram. Verdiyimiz şansdan düzgün istifadə etməlidir. Öz üzərində çox çalışmalıdır. Hücumçumuz Rauf Əliyevin iki oyunda 9 qoldan heç birini vurmamağı bizim üçün pis siqnal deyil. O, komanda üçün faydalı oyandı. Ürəyimizcə olmayan başqa nüanslar var. Onların üzərində işləyəcəyik. Azərbaycan futbol tarixində ilk dəfə 6:0 hesablı ev qələbəsi qazandığımız üçün sevinirəm. Amma topu özümüzdə saxlamaqla bağlı problem var. Bunun üzərində çalışacağıq".
Bordin II təsnifat mərhələsində qarşılaşacaqları Rusiya "Arsenal"ı barədə də danışıb: "Rəqibi izləmək üçün adam göndərə bilərik. Bu haqda danışacağıq. Rəqibi izləmək üçün başqa vasitələr də var".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Adi çay zənn etdi, 22 yaşlı gənc içdikdən sonra iki dəfə ürəyi dayandı
-
Bu yolda quyunun üzərinin açıq qalması təhlükə yaradır - (Video)
-
İki bürcün həyatında yeni mərhələ başlayır
-
Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu
-
Bu ölkədə hər kəs eyni gün yaşlanır: Ad günü gözlənilmir
-
Sizi qızışdırmağa çalışanlara qarşı bu 5 addımı atın
-
Monika Belluççinin 16 yaşlı qızı məşhur jurnal üçün kamera qarşısına keçdi - (Foto)
-
Yumurta qutularını torpağa basdırmağa başlayıblar
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
-
İranda silahlı qarşıdurma başlayıb - (Video)
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb
-
Nübar efirə qayıdır
-
Minimum əməkhaqqının artacağı gözlənilir - (Video)
-
Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
-
Naxçıvana ilk qar yağdı - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq





