İdman

Çempionlar Liqası: "Qarabağ" növbəti mərhələdə

17 İyul 2019 22:55
4 Şərh     Baxış: 1 924
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycanın "Qarabağ" klubu Bakıda Albaniyanın "Partizani" klubunu qəbul edib.

Oyun "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın 51-ci dəqiqəsində Filip Ozobiç, 90+4-cü dəqiqəsində isə Dani Kintana fərqləniblər.

Beləliklə, "Qarabağ" klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinə yüksəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.