İdman

PSJ "Mançester Yunayted"dən ayrılan yarımmüdafiəçini transfer etdi

5 İyul 2019 20:45
0 Şərh     Baxış: 587

PSJ "Mançester Yunayted"dən ayrılan Ander Herreranı transfer edib.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, Paris təmsilçisi ispaniyalı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayıb. 29 yaşlı futbolçu həftəlik 300 min funt-sterlinq maaş alacaq.

İspaniya "Saraqosa"sının akademiyasında yetişən Herrera 2011-ci ildə 7,5 milyon avroya Bilbao "Atletik"inə keçmişdi. 2014-cü ildə "Mançester Yunayted" futbolçunu 36 milyon avro qarşılığında transfer etmişdi.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.