İdman

"Mançester Yunayted"dən Ekvador klubuna

29 İyun 2019 11:24
0 Şərh     Baxış: 1 145
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted"dən ayrılan Antonio Valensiyanın yeni klubu bəlli olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ekvadorlu müdafiəçi karyerasını ölkəsində davam etdirəcək. 33 yaşlı futbolçu elita təmsilçisi "LDU Kito" ilə müqavilə bağlayıb. Klubun saytı təcrübəli oyunçu ilə 2 illik müqavilə imzalandığını açıqlayıb.

Qeyd edək ki, Valensiya 2005-ci ildə ölkəsinin "El Nasional" klubundan İspaniya La Liqa təmsilçisi "Vilyarreal"a keçmişdi. O, "Rekreativo" və "Uiqan" klublarında da çıxış edib. Ekvador millisinin üzvü 2009-2019-cu illərdə "Mançester Yunayted"də oynayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.