İdman

“Qarabağ”la “Qəbələ” də yarımfinalda - YENİLƏNİB

20 Dekabr 2018 21:21
0 Şərh     Baxış: 2 158
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

21:21

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.

Milli.Az komanda.az-a istinadən bildirir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib. Günün ilk matçında "Zirə" "Səbail"in qonağı olub. İlk görüşdə rəqibini minimal hesabla məğlub edən "Zirə" səfərdə də rəqibindən üstün olub. Cavab qarşılaşmasında "Səbail"i 3:2 hesabıyla məğlub edən "Zirə", Azərbaycan kubokunda yarımfinala vəsiqə qazanan ilk komanda olub.

Günün ikinci qarşılaşması isə Sumqayıtda baş tutub. "Kimyaçılar" doğma azarkeşləri önündə "Neftçi"ni qəbul edib. İlk görüşdə səfərdə "Neftçi"ni 2:0 hesabıyla məğlub edən "Sumqayıt" cavab matçında "Neftçi"yə 0:1 hesabıyla məğlub olsa da, iki görüşün nəticəsinə görə, yarımfinala yüksələn komanda olub.

1/4 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün daha 2 qarşılaşma keçirilib.

Günün ilk matçında "Qəbələ" səfərdə "Sabah"nin qonağı olub. Komandalar arasında baş tutan ilk görüşdə Qəbələ təmsilçisi 1:0 hesabıyla qələbə qazanmışdı. Bu dəfə də bölgə təmsilçisi minimal hesabla üstün olub və növbəti mərhələyə yüksəlib. 

Digər qarşılaşmada "Qarabağ" səfərdə "Keşlə"ylə qarşılaşıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk oyunda rəqibini minimal hesabla məğlub etmişdi - 1:0. Cavab matçında tərəflər qollu heç-heçəyə razılaşıblar. Nəticədə, növbəti mərhələyə yüksələn tərəf Ağdam klubu olub. 

Azərbaycan kuboku, 1/4 final, cavab oyunları

19 dekabr

Səbail - Zirə 2:3 (ilk oyun 0:1)

Qol: Adrian Skarlatake, 3-avtoqol. Ruslan Qurbanov, 83. - Adil Nağıyev, 45+2; 73.  Pərdis Fərcad-Azad, 63.

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Rəşad Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
"Bayıl Arena", 16:00

Səbail: 1. Emil Balayev, 4. Enrike Perilyo, 8. Yevgeni Koçuk, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 18. Aqşin Qurbanlı, 26. Kamal Qurbanov, 27. Emil Martinov, 28. Kevin Kubemba, 99. Jarjue Maudo

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 71. Mövlan Kərimov, 11. Ruslan Qurbanov, 88. Orxan Qurbanlı, 70. Urfan İsmayılov, 17. Elçin Rəhimli, 30. Nazim Kərimli, 77. Ədilxan Qarəhmədov

Baş məşqçi: Aftandil Hacıyev

Zirə: 85. Kamal Bayramov (k), 2. İlkin Qırtımov, 7. Pərdis Fərcad-Azad, 9. Aleksandr Dedov, 10. Sadio Tounkara, 11. Dilan Duvetru, 26. Miloş Radivoyeviç, 27. Adrian Skarlatake, 38. İlkin Muradov, 88. Tellur Mütəllimov, 91. Bilal Həmdi

Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 3. Budaq Nəsirov, 5. Adil Nağıyev, 6. Vüqar Mustafayev, 8. Kamal Mirzəyev, 13. Murad Musayev, 17. Vüsal İsgəndərli, 39. Sadiq Quliyev, 47. Əmrah Bayramov, 77. Mirsahib Abbasov

Baş məşqçi: Samir Abasov

Sumqayıt - Neftçi 0:1 (ilk oyun 2:0) 

Qol: Namiq Ələsgərov, 43.

Qırmızı vərəqə: Arif Daşdəmirov, 87. ("Sumqayıt")

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
Hakim-inspektor: Kərim Ağayev
AFFA nümayəndəsi: Namiq Məstanov
Sumqayıt şəhər stadionu, 19:00

Sumqayıt: 1. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 7. Cavid Tağıyev, 10. Aleksey İsayev, 11. Atilla Yıldırım, 14. Bəxtiyar Həsənalızadə, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 74. Yusif Nəbiyev, 99. Əli Babayev

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 6. Səbuhi Abdullazadə, 8. Orxan Əliyev, 17. Nicat Qurbanov, 18. Süleyman Əhmədov, 44. Qvanzav Maqomedov, 70. Ülvi İsgəndərov, 77. Murad Xaçayev, 97. Xəyal Nəcəfov

Baş məşqçi: Ayxan Abbasov

Neftçi: 1. Səlahət Ağayev, 21. Məhəmməd Mirzəbəyov, 25. Kiril Petrov(k), 28. Slavko Braliç, 26. Ömər Buludov, 17. Rəhman Hacıyev, 6. Qoran Paratski, 7. Namiq Ələsgərov, 93. Soni Mustivar, 9. Baqali Dabo, 22. Mirabdulla Abbasov

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 94. Rəşad Əzizli, 77. Elvin Sərkərov, 33. Ricat Qarayev, 18. Tural Axundov, 70. Əli Şirinov, 37. Vüsal Əsgərov, 4. Rəşad Eyubov

Baş məşqçi: Roberto Bordin

20 dekabr

Sabah - Qəbələ 0:1 (ilk oyun 0:1)

Qol: Ceyms Adeniyi, 79.

Qırmızı vərəqə: Erik Ramos, 84.

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
"Əlincə Arena", 16:00

Sabah: 30. Saşa Stamenkoviç, 5. Kərim Diniyev, 15. Erik Ramos, 25. Vanderson Silva, 33. Eltun Turabov, 11. Elgün Nəbiyev, 10. Cavid İmamverdiyev (k), 21. Novruz Məmmədov, 22. Miloş Bosançiç, 6. Vadim Abdullayev, 77. Şakir Seyidov

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 19. Məqsəd İsayev, 4. Tərzin Cahangirov, 8. Elşən Abdullayev, 27. Bəxtiyar Soltanov, 14. Tural Qürbətov, 3. Elvin Bədəlov, 2. Ülvi İbazadə, 97. Emil Qasımov, 88. Elçin Əsədov

Baş məşqçi: Elşad Əhmədov

Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 17. Ceyms Adeniyi, 27. Bəhlul Mustafazadə, 28. Stiven Monroz, 33. Təmkin Xəlilzadə, 34. Urfan Abbasov, 88. Sabien Lilay

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 35. Murad Popov, 2. Amin Seydiyev, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 21. Atakora Lalavele, 10. Rauf Əliyev, 99. Abbas Ağazadə

Baş məşqçi: Sənan Qurbanov

Keşlə - Qarabağ 1:1 (ilk oyun 0:1)

Qol: Amil Yunanov, 29 - Miçel, 50.

Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Rahil Ramazanov, Səbuhi Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov 
"ASK Arena", 19:00

Keşlə: 1. Kamran Ağayev (k), 2. Sərtan Taşqın, 33. Tərlan Quliyev, 4. Slavik Alxasov, 3. Denis Silva, 94. Seymur Əsədov, 80. Diallo Quydileye, 22. Nikola Mitroviç, 65. Cabir Əmirli, 17. Samir Məsimov, 9. Amil Yunanov

Ehtiyat oyunçular: 30. Davud Kərimi, 18. Ruslan Əmircanov, 10. Ruslan Nəsirli, 78. Elmir Rəhimzadə, 95. Cavid Əliyev, 7. Vaqif Cavadov, 88. Məmməd Quliyev, 23. Conatan Ayite, 14. Andre Klennon, 21. Herve Tçami, 93. Edvinas Girdvainis

Baş məşqçi: Tərlan Əhmədov

Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Markos Madera, 9. Araz Abdullayev, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 91. Coşqun Diniyev

Ehtiyat oyunçular: 13. Vaqner Da Silva, 4. Rahil Məmmədov, 10. Dani Kintana, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 21. Hacıağa Hacılı, 28. Con Delarj, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 77. Donald Gerye

Baş məşqçi: Qurban Qurbanov

19:12

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir cavab görüşü keçirilib. 

Milli.Az report-a istinadən bildirir ki, "Əlincə Arena"da "Sabah" komandası "Qəbələ"ni qəbul edib.

FIFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. 

Yeganə topu 80-ci dəqiqədə Ceyms Adeniyi vurub. Görüş bərabər mübarizə şəraitində keçib. Meydan sahiblərinə ilk matçdakı minimal hesablı məğlubiyyətin əvəzini çıxmaq lazım gəlsə də, kəsərli hücumlar qurmaları alınmayıb. Əvəzində "qırmızı-qaralar" əks-hücum zamanı istəklərinə çatıblar. Adeniyi müdafiəçilərdən dönən topu qüvvətli zərbə ilə tora göndərib.

Beləliklə, hər iki görüşdə eyni hesabla qalib gələn "Qəbələ" yarımfinala yüksəlib. Növbəti mərhələdə rəqib saat 19:00-da başlanacaq "Keşlə" - "Qarabağ" görüşünün nəticəsinə əsasən müəyyənləşəcək. İlk matçda Ağdam komandası qalib gəlib - 1:0. 

Qeyd edək ki, digər yarımfinalda isə "Zirə" və "Sumqayıt" komandaları üz-üzə gələcək.

-----------
08:03

Bu gün ölkə kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, keçiriləcək iki oyunla yarımfinala yüksələcək növbəti cütlük bəlli olacaq.

Premyer Liqamızın debütantı "Sabah" "Əlincə Arena"da "Qəbələ"ni qəbul edəcək. Çempionatda işləri yaxşı getməyən Qəbələ təmsilçisi ilk oyunda qazandığı qələbənin (1:0) üstünlüyündən yararlanmağa çalışacaq.

Günün digər oyununda isə "Qarabağ" "Keşlə"nin qonağı olacaq. İlk oyunda 1:0 hesabı ilə qalib gələn Ağdam klubu cütün favoriti hesab olunur.

Xatırladaq ki, ötən gün keçirilən iki cavab oyunundan sonra "Zirə" və "Sumqayıt" adını yarımfinala yazdırıb.

Azərbaycan kuboku

1/4 final mərhələsi, cavab oyunları

20 dekabr (çərşənbə axşamı)

16:00. "Sabah" - "Qəbələ"
İlk oyun: 0:1
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rauf Allahverdiyev
"Əlincə Arena"

19:00. "Keşlə" - "Qarabağ"
İlk oyun: 0:1
Hakimlər: İnqilab Mmmədov, Mübariz Haşımov, Rahil Ramazanov, Səbuhi Bayramov
"ASK Arena"

19 dekabr

"Sumqayıt" -
 "Neftçi" - 0:1
Qol:
 Namiq Ələskərov, 43 
Qırmızı vərəqə: Arif Daşdəmirov, 87 ("Sumqayıt")
İlk oyun: 2:0


16:00. "Səbail" - "Zirə" -2:3 
Qollar:
Adrian Skarlatake, 3-avtoqol (1:0), Adil Nağıyev, 45+2 (1:1), Pərdis Fərcad-Azad, 63 (1:2),Adil Nağıyev, 73(1:3),  Ruslan Qurbanov, 83 (2:3)
İlk oyun: 0:1


1/2 finalda qarşılaşacaqlar:
 

"Sumqayıt" - "Zirə"

"Qəbələ" -  "Sabah" cütünün qalibi / "Qarabağ" - "Keşlə" cütünün qalibi

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.