İdman

FİFA reytinqində qazanc: 2 oyunda 2 xal

27 Mart 2018 23:03
0 Şərh     Baxış: 1 130
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan millisi FİFA reytinqində xal aktivini artırıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, buna Bakıda Belarus (0:1) və Antalyada Makedoniya (1:1) ilə yoxlama oyunlarının nəticəsi səbəb olub.

İlk matçdakı məğlubiyyət əmsal xalı qazandırmasa da, Türkiyədəki bərabərlik 124 xalla dəyərləndirilib. Bu da ümumi reytinqimizdə əksini tapıb.

Belə ki, martın 15-də açıqlanan siyahıda 243 xalla dünyanın 127-ci komandası olan yığmamızın aktivi zənginləşib. Amma cəmi 2 xal.

Artıq apreldə açıqlanacaq cədvəldə yığmamızın 245 xalı olacaq. Cüzi xal dəyişikliyi ciddi mövqe dəyişikliyi vəd etmir. Bu, daha çox qonşu pillələrdəki ölkələrin hesabat dövründəki nəticələrdən asılıdı.

Ümumilikdə isə yığmamızın indiki mövqeyi və ətrafındakı pillələrdən birində qərarlaşacağını proqnozlaşdırmaq olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.