UEFA avrokubokların reqlamentində bəzi dəyişikliklər etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
UEFA Çempionlar Liqası (ÇL), Avropa Liqası və Superkubok yarışlarının reqlamentində dəyişikliklər edib.
Milli.Az report-a istinadən xəbər verir ki, yeniliklər 2018/2019 mövsümündən tətbiq olunacaq. Dəyişikliklərə əsasən, pley-off matçlarında əlavə vaxt zamanı 4-cü əvəzetməyə icazə veriləcək. Hər iki yarışın final oyununda, eləcə də Superkubokda iştirak ərizəsinə 23 futbolçunun adını daxil etmək mümkün olacaq (digər görüşlərdə 18 futbolçu - red.). Beləliklə, ehtiyat oyunçular skamiyasında 12 futbolçu əyləşə biləcək.
ÇL və Avropa Liqasında qrup mərhələsi başa çatdıqdan sonra klublar avrokuboklarda çıxış etmək üçün heç bir məhdudiyyət olmadan 3 futbolçu sifariş edə biləcəklər. Bu, milli çempionatlarda qış "transfer pəncərəsi" zamanı oyunçuların klublarını dəyişməsi ilə bağlı normativlərə uyğundur.
Avropa Liqasında ardıcıl 3 mövsüm və ya ümumilikdə 5 dəfə qalib olan komanda formasında bunu əks etdirən nişanı daşımaq hüququ qazanacaq. Növbəti mövsümdə yarışda iştirak edəcəyi təqdirdə, İspaniyanın "Sevilya" klubu bunu edə biləcək. Əndəlüslər 5 dəfə Avropa Liqasında birinci yeri tutublar. Eyni ənənə ÇL-də də var.
ÇL və Avropa Liqasında oyunların başlama saatlarında da dəyişiklik olacaq. ÇL-də pley-off, qrup mərhələsi, 1/8, 1/4 və 1/2 final və final matçları Avropa vaxtı ilə saat 21:00-da başlayacaq (hazırkı Bakı vaxtı ilə saat 23:00). Həmçinin, qrup mərhələsinin çərşənbə axşamı və çərşənbə günü baş tutacaq iki görüş saat 18:55-də start götürəcək. Qrup mərhələsinin son turunda bütün oyunlar eyni vaxtda başlayacaq.
Avropa Liqasında qrup mərhələsindən 1/8 finaladək olan görüşər saat 18:55-də və 21:00-da start götürəcək. Hər bir oyunun başlama saatı püşkatmaya uyğun təyin ediləcək. Sonuncu turda hər bir qrupda qarşılaşmalar eyni vaxtda olacaq. 1/4, 1/2 və final matçları 21:00-da başlayacaq.
UEFA görüşlərin başlama saatlarına dəyişiklik etmək hüququna malikdir.
UEFA Super Kuboku uğrunda oyun saat 21:00-da start götürəcək. Dəyişiklik bu il avqustun 15-də Estoniyanın paytaxtı Tallində baş tutacaq matça da şamil olunur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Andrey Arşavin “Sabah”-“Barselona” matçı üçün Bakıya gəldi
-
ÇL: “Real” PSV-ni darmadağın etdi - Nəticələr
-
UEFA Çempionlar Liqası: “Qalatasaray” “Aston Villa”nı məğlub edib
-
"Qarabağ" Julio Romaonu qaytarmaq istəyir
-
“Sabah” La Liqa səviyyəsində komandadır” - Hansi Flik
-
Afrika futbolunda tarixi qərar – Seneqal yenidən çempiondur
XƏBƏR LENTİ
-
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edildi
-
Tramp hind toyuqlarını əfv edib - (Video/Foto)
-
Aygün Əliyeva vəfat etdi
-
Qazinin 30 il aldığı müavinət niyə kəsilib? - (Video)
-
Andrey Arşavin “Sabah”-“Barselona” matçı üçün Bakıya gəldi
-
Azərbaycanda bu qurum ləğv edildi
-
Hava ilə bağlı son məlumat
-
Brilliant Dadaşova: “Oğlum deyirdi ki, yaxınlaşma mənə...” (Video)
-
Kəlbəcərin inkişafı təkcə dağıdılmış infrastrukturun bərpası ilə məhdudlaşmır - Kamaləddin Qafarov
-
Məşhur quşçuluq şirkətində 400 ton təhlükəli toyuq əti aşkarlanıb - Direktor həbs edildi - (Yenilənib)
-
100 manatlıq dövlət rüsumu 25 manata endirilir - Qərar
-
Qubada “BMW” yoldan çıxaraq parkın hasarına çırpıldı - (Foto)
-
Məşhur aktrisa saxlanıldı
-
Qızılın qiyməti yenidən ucuzlaşdı
-
AZAL “Sərfəli Cümə” kampaniyası elan edir!
-
Elektrikli maşınları kabelsiz şarj edə biləcəyik
-
Polşanın nüfuzlu nəşri Azərbaycan və Türkiyənin hərbi sənayəsindəki əməkdaşlığı barədə yazdı
-
Qubada avtomobilin vurduğu piyada xəstəxanada öldü
-
Mətanət Əsədova: “Böyük səhv edib müğənni olmuşam”
-
Bəlkə də evinizdə var: Bir əsrlik əsginas hərracda 1200 manata satıldı - (Foto)
-
"Brent" ucuzlaşdı
-
Meksikanın dünya şöhrətli Vaskonselos Kitabxanasına Azərbaycanla bağlı kitablar hədiyyə olundu - (Foto)
-
ÇL: “Real” PSV-ni darmadağın etdi - Nəticələr
-
Bankomatlardakı "Sil" və "İmtina" düymələri arasındakı fərq açıqlandı





