"Bəzi məsələlər var ki, məni də yumşaltdı" - Samir Abasov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az sportnet.az-a istinadən bildirir ki, "Sumqayıt"ın baş məşqçisi Samir Abasov "Qarabağ"a 1:2 hesabı ilə məğlub olduqları yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Bu oyundan razı qaldınızmı? Yoldaşlıq oyunu olsa da, bəzi futbolçuları sınaqdan keçirmək şansınız oldu...
- Futbolçuları sınadıq. Çoxdan oynamayan və oyun praktikasından əziyyət çəkən futbolçuları oynatmaq istəyirdik. Onların durumun görmək istəyirdik. Bəzilərinin vəziyyəti ürəkaçan deyil. Qarşıdakı çətin oyunları fikirləşirəm. Çox əziyyət çəkəcəyik. Futbolçular zədələnməsin, qırmızı vərəqə almasın. Əsas istəyimiz budur. Bəzi futbolçuların bu oyundakı çıxışı məni qane etmədi.
- Sizi narahat edən məqamlar nədir?
- Komandanın oyunu məni narahat edir. Əvəzedicidən cəlb olunanları başa düşmək olar. Onlar birinci dəfə belə rəqibə qarşı oynadılar. Amma əsas komandanın bəzi üzvləri zədədən qayıdıb. Çoxdandır oynamırlar. Uyğunlaşma dövrünü keçiblər. Çox müddətdir ki, komanda ilə birlikdə çalışırlar. Onarın oyunu kollektivin oyunundan arxa planda qaldı.
- Bu gün heyətdə Xəyal Nəcəfovu da gördük. O futbolçu ilə bağlı açıqlama vermişdiniz. Onun durumu necə olacaq?
- Müəyyən məsələlər var. Bunu indi açıqlamaq istəmirəm. Komandada olan təcrübəli futbolçular, kapitan və digər üzvlər Xəyal üçün xahiş etdilər. Komandaya qayıtmağını istədilər. O barədə açıqlama versəm, futbolçunu pis vəziyyətdə qoya bilərəm. Bəzi məsələlər var ki, məni də yumşaltdı.
- Bu məsələyə biraz aydınlıq gətirə bilərsiniz?
- Bu qlobal problemdir. Əsas odur ki, bütün komanda kollektiv şəkildə gəldi, xahiş elədi. Bu dəfə də onu bağışlamağımızı istədilər. Məndən yaşda böyük olan futbolçuların sözün yerə salmaq istəmədim. Amma onlara bildirdim ki, Xəyalın özünü aparmağında və nizam-intizamında kollektivdən geridə qalsa, onu xahiş eləmiş futbolçular da Xəyala qoşulub gedəcəklər. Bu ona son xəbardarlığımdır. Yəqin, bunu o da başa düşür.
- Millinin oyununda "Sumqayıt"ın futbolçuları necə çıxış etdi?
- "Sumqayıt"ın yetirmələri ən yaxşılardandır. Tural Axundov və Cavid İmamverdiyevin oyunu xoşuma gəldi.
- Amilin fasilədə əvəzlənməsi sizdə ruh düşkünlüyü yaratmadı? Çünki Amilin millidə oynamasını çox adam istəyirdi.
- Məndə ruh düşkünlüyü yoxdur. Sadəcə Amilin o səviyyədə birinci oyunu idi. Bu da başa düşüləndir. O həddindən artıq çox çalışırdı. Cavid İmamverdiyev üçün belə oyunlar adi hal olduğuna görə, o da yaxşı oynadı. Tural isə bizi yaxşı mənada təəccübləndirdi (
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Azərişıq” və “Azərenerji”nin fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
-
Avtobus və metroda oturacaq davasına son? - Qaydalar bəlli oldu
-
Xalq artisti: "O rəqsdən sonra vəfat edən oğlumdan üzr istədim"
-
İranda elektrik enerjisi kəsilə bilər - Xəbərdarlıq edildi
-
Banklar kreditlərdən gələcək pulları əvvəlcədən əldə edə biləcək
-
Ermənistanın yeni Konstitusiya layihəsi: 8 mühüm dəyişiklik
-
Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
-
Faiq Ağayevin klipindəki məşhur model illər sonra üzə çıxdı (Foto-Video)
-
İcarəyə götürdüyü “Toyota”nı söküb hissələrini satdı - Saxlanıldı
-
Qurban Qurbanov 900-cü oyununu keçirdi
-
Yeni Azərbaycan Partiyası: dünənin tarixi, bu günün siyasi reallığı və gələcəyin hədəfləri
-
Alimentin məbləği bu hallarda azaldıla bilər - Açıqlandı
-
Elgiz Əkbər: "1 qəpik pulun yoxdur, acından günorta durursan" (Video)
-
Qəzada ölən "Metak"ın rəhbərinin oğlu deyil (Yenilənib)
-
Rəşid Mahmudov: "Qadın elə etməlidir ki, əri ondan ötrü darıxsın"
-
Kürdəmirdə qəza - 4 nəfər xəsarət aldı
-
Bu şəxslər əsgər çağırılmayacaq - Qanun təsdiqləndi
-
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Azərbaycanda bəzi şəxslərə torpaq pulsuz veriləcək - Kimlərə şamil olunur?
-
“Liverpul” Premyer Liqada tarixi göstəriciyə imza atdı
-
Antonio Tayani sabitlik istiqamətində atılan addımlara görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Vuçiç ölüm təhdidi aldığını açıqladı - “Mənə açıq mesaj verildi”
-
Tanınmış xanəndə “Zaza Dayı” ilə (Foto)
-
Prezident İlham Əliyev ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqləyib





