İdman

Frank de Bur Mourinyonun cavabını verdi

15 Mart 2018 08:40
0 Şərh     Baxış: 1 976
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hollandiyalı mütəxəsis Frank de Burla "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo arasında söz savaşı davam edir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, De Bur "manikunianlar"ın Çempionlar Liqasının 1/8 final mərhələsində öz meydanında "Sevilya"ya uduzmasından (1:2) sonra bunları deyib:

"Mourinyo mənim ən pis baş məşqçi olduğumu deyə bilər. Amma hazırda o, karyerası ərzində, demək olar ki, milyard funt xərclətdirən məşqçidir. Onun komandaları isə gördüyünüz kimi oynayırlar".

Qeyd edək ki, Frank de Bur "Liverpul"la oyundan sonra "Yunayted"in gənc ulduzu Markus Reşford barədə danışarkən onun Mourinyonun rəhbərliyi altında oynamasına təəssüflənmişdi. Öz növbəsində, portuqaliyalı mütəxəsis 47 yaşlı həmkarının "Kristal Pelas" karyerasına söz atmışdı. De Bur London klubunun məşqçisi kimi 7 oyunun hamısında uduzmuş və komandası 1 qol belə vura bilməmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.