Dünya

Baş nazirin idman ayaqqabısı diqqət çəkdi - Ərdoğandan reaksiya - FOTO

16 May 2025 15:40
Baxış: 1 790
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Albaniyanın paytaxtı Tiranada Avropa Siyasi Birliyinin 6-cı Zirvə toplantısı keçirilir.

Milli.Az xəbər verir ki, Zirvə toplantısında qonaqları Albaniya Respublikasının Baş naziri Edi Rama qarşılayıb.

Onun idman ayaqqabısında olması diqqətdən yayınmayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sözügedən toplantıda iştirak zamanı Edi Ramanın ayaqqabısına diqqət çəkib.

Albaniya Respublikasının Baş naziri Edi Rama 2024-cü ildə Vaşinqtonda keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsinə də ağ idman ayaqqabıları ilə qatılmışdı.

Qeyd edək ki, Zirvə toplantısında 45 ölkənin dövlət və hökumət başçısı, eləcə də beynəlxalq təşkilatların rəhbərləri iştirak edir.

İslam
Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.