Hadisə

Biləsuvar sakinini ildırım vurdu - VİDEO

16 May 2025 21:54
Baxış: 608
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Biləsuvarda əkin sahəsində olan şəxsi ildırım vurub.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, rayonun Xırmandalı kəndi ərazisində  44 yaşlı Ramin Bəşirov həmkəndliləri ilə birgə örüşdən mal-qaranı evə ötürən zaman yağışa düşüblər. Bu zaman ildırım onu vurub. 

Bundan əlavə, ildırım kənddə Nazim Adıgözəlovun evinə düşərək zərər yetirib.

İldırım vurması nəticəsində xəsarət alan Ramin Bəşirov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda həkim nəzarətindədir.

Daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.