Olimpiya mükafatçımız karyerasını bitirəcəyi tarixi açıqladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İslamiadadan sonra qolumdan əməliyyat olunduğum üçün bir müddət məşqlərdən kənarda qaldım.
Milli.Az xəbər verir ki, bunu report-a açıqlamasında ötən ilin mayında "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan Azərbaycan yığmasının boksçusu Teymur Məmmədov deyib.
Eyni zamanda 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, "Bakı 2015" I Avropa Oyunlarının qalibi və Avropa çempionu olan 25 yaşlı boksçu bildirib ki, uzun müddət bərpa prosesi keçib: "Bir aya yaxındır məşqlərə başlamışam. Son bir ildə yarışlarda iştirak etməməyim zədə ilə bağlıdır. Hazırda həqiqi hərbi xidmətdə olduğum üçün istədiyim kimi məşq edə bilmirəm. Şəxsi məşqçimlə hazırlıq keçirəm. Hələlik əməliyyat olunan qoluma yükləmə olmaz. Əsasən, ayaqlara fikir veririk".
91 kq çəki dərəcəsində çıxış edən Məmmədov yığmaya dönməkdə heç bir problem görmədiyini deyib. O, yekun qərarı baş məşqçi Leonid Loivskinin verəcəyini vurğulayıb: "Yığmamız çox yaxşı baş məşqçiyə tapşırılıb. Onunla əla münasibətim var. Azərbaycan çempionatında iştirak etməsəm də, yetərincə təcrübəyə malikəm. Yığmaya dönüşümdə heç bir problem yoxdur. Apreldə hərbi xidməti başa vurduqdan sonra tam gücümlə məşq edəcəyəm. Güclü olan yığmanın heyətində yer alacaq. Mənim çəkimdə Rahil Məmmədli ölkə çempionu olub. Səhv etmirəmsə, onunla 3 dəfə döyüşmüşəm və hamısında qalib gəlmişəm. O da çox gənc və perspektivli boksçudur. Ancaq mən öz gücümə inanıram".
Titullu boksçu hazırlaşmağa çatdırmadığı üçün ötən ay keçirilmiş ölkə çempionatında iştirak etmədiyini söyləyib: "Yarışa çıxıramsa, məqsədim qələbə qazanmaqdır. Yaxşı formada olmadığım üçün risk etmək istəmədim. Vətənə borcumu verdikdən sonra yığma ilə birgə məşq edə biləcəyəm. Hədəfim 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında iştirak etmək və medal qazanmaqdır. Bundan sonra karyeramı başa vuracağam".
Məmmədov özünü peşəkar boksda görmədiyini də bildirib. O, döyüş tərzinin bunun üçün uyğun olmadığını ifadə edib: "Mənim tərzim peşəkardan daha çox olimpiya boksuna uyğun gəlir. Peşəkar boksda hər şey tam başqa cürdür. Mənə uyğun gəlmir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
UEFA Azərbaycan yığması ilə bağlı araşdırmalara başladı
-
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
-
Sevgilisinə 25 minlik çanta almadı - Qız onu blokladı
-
"Real" Tibo Kurtuanın müqavilə müddətini uzadıb
-
Kristiano Ronaldo karyerasında 986-cı dəfə fərqləndi
-
Yeni rekord olacaq: Bütün biletlər satıldı
XƏBƏR LENTİ
-
İsraildə 5 ağır əməliyyat keçirdim
-
Bu yolda çökmə halları niyə təkrarlanır?
-
Gəncədə fərdi yaşayış evində yanğın oldu
-
Niyə bazar ertəsi özümüzü yorğun hiss edirik?
-
Masallıda 5 kiloqramdan artıq narkotik vasitə aşkarlandı
-
Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik - Vyetnam Prezidenti
-
Prezident İlham Əliyev: Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır
-
Hörmüz boğazında ABŞ PUA-sı məhv edildi
-
Bakıda kişi futbol oynayarkən öldü
-
Yol polisi sürücülərə müraciət etdi
-
YAP qısa müddətdə ümumxalq partiyasına çevrildi - Kamaləddin Qafarov
-
Tramp və Putin görüşünün pərdəarxası
-
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanıldı
-
Qızılın qiyməti kəskin ucuzlaşdı
-
Türkiyəli aktyor çəkiliş zamanı yaralandı, əməliyyat oldu - (Foto)
-
Səhiyyə naziri həmkarının ürəyini əməliyyat etdi - Qırğızıstanda
-
UEFA Azərbaycan yığması ilə bağlı araşdırmalara başladı
-
İşləyən pensiyaçılarla bağlı yeni xəbər
-
Neftin qiymət bahalaşdı
-
Vyetnamda Azərbaycan xalq mahnısı “Ey Vətən” ifa olunub - (Video)
-
Hərbi geyim qaydasını pozanlar 700 manatadək cərimələnəcək
-
Peruda güclü zəlzələ baş verdi
-
Şəmkirdə qadın abort zamanı öldü
-
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - (Foto)





