İdman

Konte ilə Mourinyo arasında qalmaqal qızışır - "Öz komandası ilə maraqlansın"

19 Oktyabr 2017 19:30
0 Şərh     Baxış: 1 227
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çelsi"nin baş məşqçisi Antonio Konte "Mançester Yunayted"in çalışdırıcısı Joze Mourinyonun atmacasını cavabsız qoymayıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsində səfərdə "Benfika"nı 1:0 hesabıyla məğlub edən mankunianların portuqaliyalı baş məşqçisi oyundan sonra "bəzi məşqçilər zədə problemiylə bağlı daim sızıldanırlar" demişdi. Konte isə bu sözlərin ona ünvanlandığını düşünərək, "Çox vaxt Mourinyo "Çelsi"də nə baş verdiyi ilə yaxından maraqlanır. Ötən mövsümdə də bu belə idi. Məncə, artıq buna son qoymalı və öz komandası ilə maraqlanmalıdı" cavabını verib.

Xatırladaq ki, hazırda "Çelsi"nin futbolçularından Nqolo Kante, Viktor Mozes və Denni Drinkouter zədədən əziyyət çəkir. "Roma" ilə görüşdə zədələnən David Luisin isə Premyer Liqanın "Uotford"la görüşündə kənarda qalacağı gözlənilir.

"Çelsi" ÇL-in qrup mərhələsində "Qarabağ"ın rəqiblərindəndi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.