Ruslan uğursuz çıxışının səbəbini açıqladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yarış mənim üçün çox yaxşı keçmədi. Çıxış etdiyim növlərdə İslamiadada daha yüksək nəticələrə imza atmışdım. Həmin göstəricilərə indi də nail olsaydım, medal qazana bilərdim. Çox təəssüf ki, alınmadı.
Milli.Az bildirir ki, bunu report-a açıqlamasında "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 5 qızıl medal qazanan güllə atıcısı Ruslan Lunyov Bakıda keçirilən Avropa çempionatındakı çıxışını dəyərləndirərkən deyib.
28 yaşlı idmançı qitə birinciliyindəki uğursuz çıxışının səbəbini turnirə hazırlaşa bilməməyi ilə əlaqələndirib.
O, güllə sarıdan korluq çəkdiyini etiraf edib: "Gülləm az olduğundan yarışa hazırlaşa bilməmişəm. Yenisini almağa çatdırmadılar. Ona görə də bir ay məşqsiz qaldım. Bütün planımı İslamiadaya uyğun qurmuşdum. Məqsəd orada uğur qazanmaq idi ki, buna da nail oldum. Avropa çempionatında isə özümdən asılı olmayan səbəbdən belə alındı. Hazırlaşsaydım, ən azı gümüş və ya bürünc medal əldə edərdim".
R.Lunyov İslamiadadan sonra diqqət mərkəzinə düşməyinə də toxunub: "Diqqət mərkəzində olmağımdan narahat deyiləm. Düzdür, "facebook"a daxil olanda bəzən xoşagəlməyən fikirlər də oxuyuram. Lakin artıq fikir vermirəm. Bəzilərəinin İslamiadada əldə etdiyim mükafatın məbləğini saymalarına gəlincə, buna normal baxıram, saysınlar (gülür). Şəxsi işləridir, nə deyə bilərəm ki? Mükafatı boşuna verməyiblər. Nəticə qazandığım üçün pul almışam".
İslamiadanın qalibi hədəfinin Yay Olimpiya Oyunlarında mükafatçılar sırasına düşmək olduğunu söyləyib: "Olimpiadada medal qazanmaq hər bir idmançının arzusudur. Tokio-2020-yə qədər çox məşq edəcəyəm ki, orada özümü göstərə biləm. Şans həmişə var. Artıq güclü rəqiblərlə rahat mübarizə aparıram".
Qeyd edək ki, Ruslan Lunyov Avropa çempionatında 25 metr məsafəyə tapançadan atəşaçmada 7-ci və 9-cu yerləri tutub. İyulun 21-də start götürən yarışda Azərbaycan atıcılarından heç biri medal qazana bilməyib. Yarışa avqustun 4-də yekun vurulacaq.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
DİGƏR XƏBƏRLƏR
-
“Həyatımı məhv etsə də, peşman deyiləm” - Mark Kukurelya
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
“Sabah”ın matçına gedənlərin nəzərinə
-
Formula 1 Azərbaycan Qran-Prisinin ilk günü: İki sərbəst yürüş başa çatıb - (Foto)
-
Corc Rassell ikinci sərbəst yürüşdə də ən sürətli oldu - (Yenilənib)
XƏBƏR LENTİ
-
“Həyatımı məhv etsə də, peşman deyiləm” - Mark Kukurelya
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib
-
Marina Vladi vəfat etdi
-
Ceyhun Bayramov Kot-d’İvuar XİN rəhbəri ilə regional məsələləri müzakirə edib - (Foto)
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib





