"IV İslam Həmrəyliyi Oyunları ən yeni tariximizin mühüm hadisələrindən birinə çevrildi"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunları ilk növbədə ölkəmizin idman həyatında, mədəni həyatında mühüm hadisələrdən bir kimi yadda qaldı".
Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
O qeyd edib ki, İslam Həmrəyliyi Oyunları ən yeni tariximizin çox mühüm hadisələrindən birinə çevrildi: "Bu hadisə mədəni - iqtisadi sahədən başlamış sosial-siyasi sahəyə qədər, həyatımızın bütün sferalarına nüfuz etdi. Hər bir azərbaycanlının qürur və fəxarətlə yad edəcəyi bir tədbir oldu. Cəmiyyətimizin hər bir fərdinin sosiallaşmasına və cəmiyyətdaxili inteqrasiyanın təmin olunmasına öz töhfələrini verdi. Vətəndaşlarımızın dövlətlə vəhdəti üçün mühüm mənəvi baza yaratdı. Könüllülərdən ibarət böyük gənclər ordusunda özünə inam yaratmaqla onların vətənə xidmət işindən zövq almalarına, özlərini vacib sosial fərd kimi hiss etmələrinə yardım etdi ki, bu da mühüm sosial-psixoloji faktor olmaqla gənclərin gələcək həyatında stimulverici bir hadisə oldu".
H.Babaoğlu vurğulayıb ki, idmançılarımız özlərini əsl ev sahibi kimi hiss edərək İslamiadada birinciliyi qazandılar: "Qalib olan hər bir idmançı ailəsinin büdcəsində və maddi vəziyyətində mühüm dəyişiklik baş verdi. Fərqlənə bilməyən idmançılarımızda daha əzmlə gələcək yarışlara hazırlaşmaq həvəsi oyatdı. Ölkəmizin turizm həyatının canlanmasına səbəb oldu. Ən mühümü isə bu gün beynəlxalq aləm tərəfindən küncə sıxışdırılmağa çalışılan müsəlman cəmiyyətində yeni və əsaslı inteqrasiya meyilləri yaratdı. Əgər həmrəylik olarsa, İslam svilizasiyasının nə qədər böyük güc olduğunu hamıya bir daha nümayiş etdirdi. Əlbəttə bütün bunlarla bərabər Azərbaycanın sözün əsl mənasında modern bir müsəlman ölkəsi kim yeni standartlar yaratmağı bacaran mühüm əməkdaşlıq və tərəfdaşlıq platforması olmasını önə çıxartdı. Azərbaycanın bir neft ölkəsindən daha çox bir idman, bir mədəniyyət, bir turizm, bir sənaye ölkəsi olduğunu göstərdi".
Deputat qeyd edib ki, 50-dən çox ölkədə İslam Həmrəyliyi Oyunları yayımlandı və bu ölkəmiz haqqında mühüm informasiya təbliğatı rolunu oynamış oldu: "İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri, Birinci vitse-prezident Mehriban xanım Əliyeva bir daha nümunəvi təşkilatçılıq qabiliyyəti nümayiş etdirərək sözün həqiqi mənasında idman oyunlarının, beynəlxalq tədbirlərin keçirilməsində bir Azərbaycan standartı yaratdığnı sübut etdi. Prezident İlham Əliyev cox haqlı olaraq qeyd etdi ki, biz açılış mərasimində İslam dininin mütərəqqiliyini göstərdik. Biz Azərbaycan xalqının istedadlı nümayəndələrini açılış mərasimində göstərdik. Azərbaycanın zəngin, qədim tarixini, mədəniyyətini bütün İslam aləminə, bütün dünyaya nümayiş etdirdik. Eyni zamanda, bağlanış mərasimi də Azərbaycanı mütərəqqi, müasir ölkə kimi təqdim etdi. Yəni, bu nadir vəhdət bu gün Azərbaycanı dünya miqyasında əvəzolunmaz ölkəyə çevirir. Bu fikirlərdən də göründüyü kimi İslam Həmrəyliyi Oyunları ölkəmizə və İslam dünyasına öz töhfələrini verməklə İslam svilizasiyasının nə qədər böyük bir svilizasiya olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif etməyə hazırdır
-
“Filenin Sultanları” tarix yazdı
-
Messi heyətdən çıxarıldı
-
Premyer Liqanın 10-cu komandası La Liqa çempionundan daha çox pulqazanır
-
Azərbaycan seçməsi İslandiyaya uduzdu
-
“Yuventus” PSJ-nin qapıçısı Lukas Şevalye ilə maraqlanır
XƏBƏR LENTİ
-
Asiyalı qadınlar bu üsulla istənməyən tüklərini azaldır
-
Bu bitki yağı bədəndə iltihabı azaldır
-
Yay salatı üçün yüngül sousun resepti
-
Aşpazların sirri: Pomidor sousunu belə ləzzətli edin
-
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır
-
Paltaryuyan maşındakı bu rejimi hamı səhv başa düşür - Əslində nə üçündür?
-
Cəmi 3 tərkiblə: Mükəmməl tut mürəbbəsi resepti
-
Yayda buzlu su içmək həmişə faydalıdırmı?
-
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
-
Elbrus dağında həlak olan alpinistlərin meyitləri tapılıb
-
Azərbaycan kartofdan milyonlar qazandı
-
"Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif etməyə hazırdır
-
Sabah Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Turist ağzında mağazadan 200 min dollarlıq brilyant apardı
-
"Geyimdən çox rahatlığınızı düşünün"
-
Ağstafada ağır qəza: Ölən və xəsarət alan var
-
Malta Prezidenti Xocalı soyqırımına həsr olunmuş Reza Deqatinin fotosərgisini ziyarət edib - (Foto)
-
Ukraynanın Xəzərdə gəmiyə hücumuna cavab veriləcək - Əraqçı
-
“Filenin Sultanları” tarix yazdı
-
Messi heyətdən çıxarıldı
-
Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Şəhid atası vəfat etdi
-
880 min ağac əkildi, şəhərdə temperatur bir neçə dərəcə aşağı düşdü
-
Meteohəssas insanların diqqətinə!





