Rio-2016: Rövşən Səfərov bürüncə yiyələndi - YENİLƏNİB - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
06:50
Azərbaycan cüdoçusu Rövşən Səfərov Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarının bürünc medalına sahib olub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yarışda 81 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz ilk görüşündə belaruslu Aleksandr Kazlovdan üstün olub. Növbəti görüşündə Ukrayna idmançısı Aleksandr Kosinova məğlub olan Rövşən Səfərov təsəlliverici görüşə qatılıb. Argentinalı Xose Effrona qalib gələn cüdoçumuz bürünc medal uğrunda görüşdə Böyük Britaniya təmsilçisi Conatan Drane ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn cüdoçumuz Rio Paralimpiadasını üçüncü pillədə başa vurub.
Rövşən Səfərov 2010-ci il və 2014-cü il dünya çempionatının bürünc mükafatçısı, 2009-cu il Avropa çempionatının qalibi, 2015-ci il qitə birinciliyinin gümüş medalçısıdır.
09.09.2016
20:50
Rövşən Səfərov bürünc medal uğrunda təsəlliverici görüşdə argentinalı Xose Effrona qalib gəlib. Üçüncü yer uğrunda görüşdə cüdoçumuz Böyük Britaniya təmsilçisi Conatan Drane ilə qarşılaşacaq.
19:36
Cüdoçumuz Ramil Qasımov finala gedən yolda Almaniya təmsilçisi Nikolai Kornhass ilə qarşılaşıb.
Trend-in məlumatına görə, idmançımız ipponla vaxtından əvvəl qələbə qazanaraq finala yüksəlib.
Qeyd edək ki, Rio-2016 XV Yay Paralimpiya Oyunlarının ilk günündə komandamız gümüş medal qazanıb.
Bayram Mustafayev 66 kq çəki dərəcəsində ilk medalı Azərbaycan komandasına qazandırıb.
----------
19:13
Azərbaycan cüdoçusu Ramil Qasımov Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, 73 kiloqram çəki dərəcəsində yarışan təmsilçimiz kubalı Rodriqes Gerardonu məğlub edib.
Beləliklə, R.Qasımov yarımfinalda alman cüdoçu Nikolai Kornhass ilə qarşılaşacaq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
62 yaşlı türk müğənni illərə meydan oxuyur
-
Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər
-
Şəkər tamamilə "düşmən" deyil: Şirinə olan ehtiyacı daha sağlam qarşılamanın yolları
-
Ağciyərlərdəki ləkələri silgi kimi təmizləyir: Bir sapı belə kifayətdir
-
Dilarənin ən böyük arzusu
-
Ermənistan ordusunun hərbçisi ölüb
-
Yasdakılar lavaşdan zəhərlənib
-
Bakıda oteldən oğurluq edən tutuldu
-
Çempionlar Liqası: "Sabah" ilk oyunda "KuPS"a qalib gəlib - (Yenilənib)
-
“Dost Almaniya xalqına...” - Prezident İlham Əliyevin xatirə kitabına yazdıqları - (Foto)
-
"Barselona" 18 yaşlı futbolçu aldı
-
"30 il əvvəl hazırladığım geyimi indi CeyLo geyinir"
-
Qaradağın bəzi ərazilərində qaz olmayacaq
-
Sahil qəsəbəsində dənizdə batan şəxs xilas edilib
-
Musiqi və incəsənət müəllimlərinin sertifikatlaşdırma qaydası təsdiqləndi
-
Bakıda Musa Əliyev küçəsinin bir hissəsi təmirə bağlanır
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya səfəri ilə bağlı paylaşım edilib - (Video)
-
Ermənistan güləşçiləri Azərbaycana gəlir
-
“Limon turşusu” həbs olundu
-
Günel Bakıda villa tikdirir - (Foto)
-
Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib
-
Zabratda tullantı yığılmış sahədə yanğın başlayıb
-
Messi ən yaxşı seçildi
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində dövlət ittihamını müdafiə edən prokurorlar çıxışa başlayıb - (Foto)





