Hadisə, Kriminal

“Limon turşusu” həbs olundu

21 İyul 2026 19:29
Baxış: 562
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Paytaxtın Səbail rayonu ərazisində ictimai qaydanı pozaraq vətəndaşların istirahətinə mane olan, onları narahat edən həvəskar çəkilişlər təşkil etməklə sosial media platformalarında paylaşan şəxslər polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, araşdırmalarla 2006-cı il təvəllüdlü Pərvanə Muxtarova, 1997-ci il təvəllüdlü Malik Bədəlov və 2002-ci il təvəllüdlü Cavid Ələkbərov olduqları müəyyən edilib.

Həmin şəxslər barəsində məhkəmənin qərarı ilə hər biri 8 sutka müddətinə inzibati qaydada həbs edilib.

Qeyd edək ki, P. Muxtarova "TikTok" sosial şəbəkəsində "Limon turşusu" adı ilə tanınır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.