62 yaşlı türk müğənni illərə meydan oxuyur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Uzun illərdir səhnə fəaliyyətini uğurla davam etdirən türkiyəli müğənni Sinan Özen sıx iş qrafikinə baxmayaraq, sağlam həyat tərzindən və nizam-intizamlı yaşamından danışıb.
Milli.Az lent.az-a istinadən bildirir ki, sakit və diqqət mərkəzindən uzaq həyat sürməyi seçən sənətçi qidalanmasına xüsusi diqqət yetirdiyini və mütəmadi idmanla məşğul olduğunu deyib.
Son olaraq Şimali Kiprdə səhnəyə çıxan Sinan Özen bir neçə ay əvvəl təqdim etdiyi "Herkes Biliyor" mahnısından da danışıb. O bildirib ki, mahnıları zaman keçdikcə daha çox sevilir və yaxın vaxtlarda yeni layihələrini təqdim edəcək.
"Mənim mahnılarım ərəb atı kimidir, həmişə sonradan açılır. İyulun sonunda ritmik yeni mahnımız çıxacaq. Bundan sonra daha tez-tez yeni mahnılar təqdim edəcəyəm", - deyə sənətçi bildirib.
Sinan Özen gənc və enerjili görünməsinin sirrini də açıqlayıb. O, özünə peşəkar idmançı kimi yanaşdığını vurğulayıb.
"Bacardığım qədər özümə peşəkar idmançı kimi baxmağa çalışıram. Bu, bədənimə və özümə olan hörmətimlə bağlıdır. Az yeyir və müntəzəm idman edərək həyatımı davam etdirirəm", - deyə ifaçı qeyd edib.
Müğənni daha əvvəl verdiyi açıqlamalarda estetik prosedurlardan və dəri baxımından da yararlandığını gizlətməyib. O, zaman-zaman botoks etdirdiyini bildirərək estetik müdaxilələrə qarşı olmadığını söyləyib.
Sinan Özen hesab edir ki, gənc görünmək təkcə estetik prosedurlardan asılı deyil:
"Bədənin gözəlliyi və gənclik bir qədər nisbi anlayışdır. Əsas məsələ həyatı və insanları sevməkdir. Arabir botoks etdirirəm, estetikə qarşı deyiləm. Sadəcə gözəl qocalmaq istəyirəm", - deyə sənətçi vurğulayıb.
Sağlam qidalanma, müntəzəm idman və pozitiv həyat tərzini bir arada saxlayan Sinan Özenin bu fikirləri sosial şəbəkələrdə də izləyiciləri tərəfindən maraqla qarşılanıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





