İdman
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Elnur Məmmədli Avropa Çempionu adını qazandı! - YENİLƏNİB
22 Aprel 2011 20:58
Baxış: 243
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Elnur həlledici görüşə vəsiqə uğrunda
fransalı Alan Şmitə də qalib gəlməyi bacarıb. Qızıl medal uğrunda
mübarizədə olimpiya çempionumuz moldovalı Sergiu Toma ilə döyüşdən də
qalib ayrılmalıydı. Elnur bu vəzifənin də öhdəsindən layiqincə gələrək,
karyerasında ikinci dəfə qitə çempionu adın yiyələnib.
--------------
20:48
Türkiyənin İstanbul şəhərində Azərbaycan yığmasının da iştirakıyla keçirilən cüdo üzrə Avropa çempionatı davam edir. Milli.Az "Azerisport"a istinadən xəbər verir ki, yarışların ikinci günündə də 5 idmançımız şansını sınayır.
73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Ramil Qasımov ilk mərhələdə istirahət edib. Onun növbəti mərhələdəki rəqibi isə Uqo Leqranda (Fransa) qalib gələn Tengiz Papoşvili (Gürcüstan) olub. Lakin qonşu ölkə təmsilçisi idmançımızı da məğlub edib və Qasımov AÇ ilə elə startdaca vidalaşıb.
Bu çəki dərəcəsindəki digər təmsilçimiz Renat Mirzəliyev startda Moldova idmançısı Yuri Leunu mübarizədən kənarlaşdırıb. Növbəti mərhələdə isə eyni aqibəti polşalı Tomaş Adamiçə yaşatmaq lazım olsa da, Renat bu vəzifənin öhdəsindən gələ bilməyib.
81 kq-da isə bütün diqqətlər olimpiya çempionumuz Elnur Məmmədliyə yönəlib. O, startda yunanıstanlı Pavlos Gkaraqklovla münasibətlərinə aydınlıq gətirib və asan qələbəyə sevinib. Növbəti mərhələdə idmançımız çernoqoriyalı Srdjan Mrvaljeviçi mübarizədən kənarlaşdırıb. Elnurun 3-cü rəqibi isə rusiyalı Murat Xabaçirov olub və onu da məğlub edərək, 1/4 finala adlayıb. Ardından Tomislav Mariyanoviçə (Xorvatiya) qalib gələn həmyerlimiz yarımfinala çıxıb. Elnur həlledici görüşə vəsiqə uğrunda fransalı Alan Şmitə də qalib gəlməyi bacarıb. Qızıl medal uğrunda mübarizədə olimpiya çempionumuz moldovalı Sergiu Toma ilə döyüşdən də qalib ayrılmalıdı.
Eyni çəki dərəcəsində yığmamızın digər üzvü Elxan Rəcəbli isə startda belaruslu Aleksandr Staşenko ilə döyüşdən qalib ayrılmalıydı. Lakin Rəcəbli də start döyüşündən məğlub ayrılaraq, qitə birinciliyindəki çıxışını erkən dayandırmalı olub.
Qadın cüdoçularımızdan isə bu gün Ramilə Yusubova (63) medal qazanmağa çalışacaq. Bunun üçün o, öncə macarıstanlı Ester Qasparı yolundan kənarlaşdırmağı bacarıb. Növbəti mərhələdə isə rəqib hollandiyalı Aniçka van Emden idi. Təəssüf ki, Ramilə də məhz bu mərhələdə rəqibiniə uduzaraq, yarışlardan kənar qalıb.
Qeyd edək ki, bu Avropa çempionatı lisenziya xarakterlidi. Turnirin hər bir qalibi 180 reytinq xalı toplamış olacaq. Komandamız isə yarışların ilk günündə 5 idmançıyla mübarizəyə başlasa da, sadəcə Tərlan Kərimovla gümüş medal qazana bilib.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
"Fənərbağça"da 2 futbolçu "Şaxtyor"la oyunu buraxacaq
-
Güləşçimizə ağır cəza: Qanında qadağan olunmuş maddə tapıldı
-
“Barselona” Bakını dünyaya belə göstərdi - (Video)
-
PSJ yeni formasını təqdim etdi
-
Poçettinodan “Mançester Yunayted”də sərt qərar
-
İspaniyanın məşhur nəşri “Sabah”a geniş məqalə həsr etdi
XƏBƏR LENTİ
-
Yaşlı professorlar gənc müəllimlərin yolunu kəsir? - Ekspertdən açıqlama
-
Bu marşrutların hərəkət sxemi dəyişdirilir
-
Bakı-Şamaxı yolunda asfalt niyə dalğalanır? - (Video)
-
Bakıda tarixi binaya qanunsuz müdaxilə edildi
-
80 yaşlı Ajda Pekkan transparan geyimi ilə diqqət çəkdi (Video)
-
Baş həkimlər işdən azad olundu - (Yenilənib)
-
"Muzeydə kino" layihəsi çərçivəsində Lətif Kərimovun həyatvə yaradıcılığına həsr olunmuş "İşıqlı ilmələr" sənədli filminin nümayişi keçirilib - (Foto)
-
"Fənərbağça"da 2 futbolçu "Şaxtyor"la oyunu buraxacaq
-
Sabah hava kəskin dəyişəcək: Bakıya yağış, rayonlara qar yağacaq
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto)
-
Təyyar Bayramovun 50 illik yubileyinə həsr olunmuş konsert keçirilib - (Foto)
-
Mətbuat Şurası mediaya çağırış etdi
-
Hacı Nuranın səhhəti pisləşdi: Əməliyyat olunacaq
-
Güləşçimizə ağır cəza: Qanında qadağan olunmuş maddə tapıldı
-
“Barselona” Bakını dünyaya belə göstərdi - (Video)
-
Daha 90 mənzil satışa çıxarılır: Aylıq ödəniş 445 manatdan başlayır
-
Nazirlikdən əhaliyə xəbərdarlıq: Sabah bu təhlükələr gözlənilir
-
Azərbaycan muğamı Pakistan səhnəsində böyük rəğbətlə qarşılanıb - (Foto)
-
Məşhur aktyor xanımı Dua Lipanı Nesrin Cavadzadə ilə səhv saldı - (Video)
-
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb - (Foto)
-
Diabet xəstələrinə şad xəbər: Yeni təminat qaydaları təsdiqləndi
-
Sürücülər bu hərəkətə görə 50 manat cərimələnəcək
-
“Barselona”nın Bakı səfərindən ilk görüntülər yayıldı - (Video)
-
Bakıda 29 yaşlı oğlan küçədə öldü