İdman

Azərbaycan növbəti qızıldan belə məhrum oldu - VİDEO

22 İyun 2015 09:39
4 Şərh     Baxış: 5 315
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Avropa Oyunlarında Azərbaycana daha bir qızıl medal qazandıra biləcək idmançımız Şərif Şərifov idi. 27 yaşlı bu güləşçi müxtəlif bynəlxalq yarışlarda çıxışı ilə yanaşı, 2012-ci ildə Londonda keçirilən Olimpiadada Azərbaycana qızıl medal qazandırmışdı.

Şərifova olan ümidlər böyük olsa da, azarkeşlər yarış zamanı onu xalça üzərində görə bilmədilər. Halbuki, daha bir qızılı o, ölkəmizə qazandıra bilərdi.

Məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Mayıs Musayevlə əlaqə saxladıq.

Qurum rəsmisi Milli.Az-ın əməkdaşına bildirdi ki, Avropa oyunlarında qızıl medal qazanmış Xetaq Qazyumov Şəriflə eyni çəki dərəcəsində çıxış edir. Qaydalara görə, hər ölkə bir çəki dərəcəsindən yalnız bir idmançı göndərə bilər yarışlara. Bu səbəbdən də Azərbaycan yığması Xetaqı seçdi.

Xatırladaq ki, Şərifin iri beynəlxalq yarışlarda çıxışı 2008-ci ildən başlayır. Çempion böyüklər arasında 2009-cu ildən fəxri kürsüdə yer almağa başlayıb. Herninq Dünya çempionatında o, bürünc medalın sahibi olub. Bir il sonra Avropa çempionatında 2-ci olan Şərifov 2011-ci ildə dünya çempionu tituluna yiyələnib. Həmin il həmçinin Avropa çempionatının bürünc, Bakıda keçirilən Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl qran-pri" beynəlxalq turnirinin final mərhələsinin qızıl medalını qazanıb. 2011-ci il gənc döyüşçünün karyerasında ən uğurlu il olub. Şərifov, həmçinin 2009 və 2010-cu ildə sonuncu yarışda 3-cü yeri də tutub. Londona 2011-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən dünya çempionatında qalib olmaqla lisenziya qazanıb. Şərif Olimpiadada Türkiyə, ABŞ, İran və Puerto-Riko idmançılarını məğlub edərək Azərbaycana qızıl medal qazandırıb.

Teymur Hacıyev
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.