Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Avropa Oyunlarının keçiriləcəyi müddət ərzində yerli turizm şirkətlərinə ölkənin müxtəlif bölgələrinə turlar təşkil etməyi tövsiyə edib. Bu barədə Trend-ə qurumdan məlumat verilib.
Nazirlikdən bildirilib ki, artıq bütün turizm şirkətləri bu turları təşkil etməyə hazırdır.
Mədəniyyət və Turizm Nazirliyindən o da əlavə edilib ki, qonaqlara təqdim ediləcək turların ödənişli olması nəzərdə tutulur. Turları şirkətlər təşkil etdiyindən qiymətlər də bazar prinsipləri əsasında onlar tərəfindən müəyyən edilir və nazirlik bu qiymət siyasətinə müdaxilə etmir.
Trend-in yerli turizm şirkətləri arasında apardığı kiçik araşdırmaların nəticələrinə görə, şirkətlər Avropa Oyunlarının keçiriləcəyi müddət üçün yeni turların təqdim olunmasına ehtiyac görmürlər. Qonaqlara həmin müddət üçün də hazırda istifadə edilən tur paketlər təqdim olunacaq. Bu turlar Bakı ilə yanaşı, ölkənin müxtəlif regionlarına - Quba-Xacmaz, Lənkəran-Astara, Şəki-Zaqatala zonalarına və s. ərazilərə səfəri nəzərdə tutur.
Turların qiymətləri isə təqdim olunan xidmətlərin çeşidindən, səfərin müddətindən asılıdır. Bir nəfər üçün bir günlük turun qiyməti orta hesabla 20-50 manat arasında dəyişir.
Şirkətlərdən bildiriblər ki, turların qiymətləri qonaqlar üçün münasib olacaq. Oyunların keçiriləcəyi müddət üçün təqdim olunacaq turların qiymətləri hazırkı qiymətlərdən fərqlənməyəcək və süni qiymət artımına yol verilməyəcək.
Azərbaycanın aparıcı turizm şirkətlərindən biri olan "Millennium Turizm" şirkətinin prezidenti Ruslan Quliyev isə Trend-ə bildirib ki, onlar süni qiymət artımına yol verilməsində maraqlı deyillər: "Bizim birinci məqsədimiz bu Oyunlardan yararlanaraq Azərbaycanın turizm potensialını qonaqlara təqdim etməkdir. Mədəniyyət və Turizm Nazirliyinin tövsiyələrinə uyğun olaraq, hər bir şirkət Avropa Oyunlarına hazırlıq çərçivəsində öz xidmətlərinin təşkilində, kadrlarının hazırlıq səviyyəsinin yüksəldilməsində aktiv iştirak edir. Tarixi-mədəni, əyləncəli və s. turların təşkili üçün hazırlıqlar görülüb".
R.Quliyevin sözlərinə görə, həmin dövrdə turistlərə daha yüksək xidmətin göstərilməsini təmin etmək, onların sifarişlərini qısa zamanda yerinə yetirməkdən ötrü artıq onlar tərəfindən operativ xidmət də yaradılaraq fəaliyyətə başlayıb.
Şirkət prezidenti hesab edir ki, bu xidmət sayəsində həftənin bütün günlərində, hətta iş saatından sonra hansısa sifarişin qəbul edilməsi, eyni zamanda, onun qısa müddət ərzində həyata keçirilməsi imkanı olacaq.
Milli.Az
İdman
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Avropa Oyunları dövründə turizm şirkətləri qonaqlara hansı turları təqdim edəcəklər?
28 Aprel 2015 09:42
Baxış: 1 379

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanda bu valyuta BAHALAŞDI
-
Hamamda meyit aşkarlandı
-
Klopp "Real"a görə peşman olub
-
Maşın ağaca çırpıldı - ölən var
-
Anasının ölümünü xatırladı: "Tarixin təkrarlanmasını istəmirəm"
-
3 bürc üçün yaşıl işıq görünür
-
Ledi Qaqa 2,1 milyon tamaşaçı ilə Madonnanın rekordunu keçdi - FOTO
-
"70 manat göndərin sizə 5 min kredit verək” – Dələduzların növbəti oyunu - VİDEO
-
“Siz hələ onluğa düşməmisiniz”
-
Uşaqlarının ikisini öldürüb, birini yaralayıbmış - FOTO
-
Qaşıq-qaşıq içirik amma böyrəkləri məhv edir - Tərkibindəki gizli təhlükə
-
Mirvarid Dilbazinin qızı: "Efirdə utanmaz-utanmaz mahnını oxuyur, demir ki, bu sözləri kim yazıb"
-
Qurban Qurbanov Bəhlulla görüşmədiyi videodan danışdı
-
Akif İslamzadənin oğlunun toyu oldu - VİDEO
-
Günün qoroskopu: Sözlərinizə güvənin
-
Azərbaycan vətəndaşı Rusiyada faciəvi şəkildə öldü - FOTO
-
“İnanmıram ki, o, belə göstəriş versin” - Qurban Qurbanov
-
Beynəlxalq Muğam Mərkəzində Maqsud İbrahimbəyova həsr olunmuş yaradıcılıq gecəsi keçirilib - FOTO
-
15 yaşında “Qarabağ”da ilk oyununa çıxdı - VİDEO
-
Qadına hücum etdiyi deyilən sabiq məmur nəvəsi saxlanıldı - yenilənib - VİDEO
-
Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər - FOTO
-
Moskvada binada partlayış - 2 ölü, 15 yaralı var
-
Bu yolda sürət həddi endirildi
-
Ölümdən başqa hər dərdin dərmanı: Bir stəkan bəs edir