14:33
"Güləşçi Emin Bəşirov uzun davam edən xəstəlikdən sonra vəfat edib". Bunu Trend-ə açıqlamasında Emin Bəşirovun vəfatı ilə bağlı mətbuatda yayılmış xəbərlərə münasibət bildirən Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Əjdər Cəfərov deyib.
Onun sözlərinə görə, son illər mərhumun federasiya ilə hər hansı bağlantısı olmayıb: "Mərhum Emin Bəşirov 1998-2002-ci illərdə yeniyetmə və gənclərdən ibarət yığma komandanın tərkibində ölkəmizi təmsil edib. O, 1998-ci ildə Rusiyada yunan-Roma güləşi üzrə Yeniyetmələrin I Ümumdünya Olimpiya Oyunlarının bürünc mükafatçısı, 1999-cu ildə Danimarkada yeniyetmələr arasında dünya çempionu, 2000-ci ildə Slovakiyada və 2002-ci ildə isə Yuqoslaviyada yeniyetmə və gənclər arasında Avropa çempionatlarının bürünc medalına sahib olub. Ancaq 2002-ci ildən sonra heç bir güləş yarışında iştirak etməyib. Güləşdən tamamilə uzaqlaşıb, idmançı kimi karyerasını başa vurub. Onun şəxsi məşqçisi Qərib Əliyevdən aldığımız məlumata görə, ömrünün son günlərinə qədər yataq xəstəsi olub. Uzun davam edən xəstəlikdən sonra vəfat edib. Yeniyetmə və gənclik illərində ölkəmizin bayrağını ucaltmış, himnimizi səsləndirmiş bir idmançı olub. Mərhuma Allahdan rəhmət diləyir, yaxınlarına və ailəsinə başsağlığı veririk. Allah rəhmət eləsin!"
Qeyd edək ki, vəzi KİV-lərdə bir neçə ildir idmandan uzaqlaşan 32 yaşlı E.Bəşirovun narkotik istifadəçisi olduğu və bu səbəbdən dünyasını dəyişdiyinin ehtimal olunduğu bildirilir.
Xatırladaq ki, Bəşirov Emin Əbiş oğlu 25 mart 1983-cü ildə Sumqayıt şəhərində anadan olub. Qubadlı rayon Saray kənd orta məktəbinin məzunu olan idmançı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.
---------
13:28
Azərbaycanın güləş üzrə dünya çempionu, Sumqayıt şəhər sakini Emin Bəşirov dünyasını dəyişib.
Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bir neçə ildir idmandan uzaqlaşan 32 yaşlı E.Bəşirovun narkotik istifadəçisi olduğu bildirilir.
Ehtimal olunur ki, dünya çempionu bu səbəbdən dünyasını dəyişib.
Qeyd edək ki, Bəşirov Emin Əbiş oğlu 25 mart 1983-cü ildə Sumqayıt şəhərində anadan olub.
Qubadlı rayon Saray kənd orta məktəbinin məzunu olan idmançı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.
Onun idman nailiyyətlərinə gəlincə, Yunan-Roma güləşi üzrə Yeniyetmələrin I Ümumdünya Olimpiya Oyunlarının bürünc mükafatçısı (Rusiya-1998), Yeniyetmələr arasında Dünya çempionu (Danimarka-1999) və Avropa birinciliklərinin bürünc mükafatçısı (Slovakiya-2000, Yuqoslaviya -2002) olub.
Milli.Az
İdman
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanın dünya çempionu narkotikdən öldü - YENİLƏNİB
16 Mart 2015 14:33
4 Şərh
Baxış: 5 881

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Demans tədqiqatından heyrətamiz nəticə - Risk artır
-
Süni şəkildə yetişdirilən qarpızı necə tanıyaq? - Ekspert AÇIQLADI
-
Daha bir məşhur cütlük ayrıldı
-
Şəkər xəstəliyi belə başlayır – Bilmədən laqeyd yanaşdığımız simptomlar
-
Giza piramidalarının altında sirli yeraltı şəhər tapıldı
-
Azərbaycanda da satılan bu ağrıkəsici geri çağırılır - Təhlükə aşkarlandı
-
Zümrüd efirdə ağladı: “Qızım 10 ildir ki, atası ilə görüşmür” - VİDEO
-
Qəzadan sağ çıxan yeganə sərnişin DANIŞDI
-
Günün qoroskopu: dərin düşüncə üçün əla vaxtdır
-
"Səs Azərbaycan"ın finalçısı indi usta köməkçisi işləyir - VİDEO
-
Pezeşkian: "Obyektlərimiz bombalansa belə, əl çəkməyəcəyik"
-
AQTA yanında qida sektoru üzrə Məşvərət Şurasının ilk iclası keçirildi - FOTO
-
"Fənərbağça" 2 məşhur futbolçu üçün hərəkətə keçdi
-
Tolik həbs olunacaq?
-
Benziadan “Qarabağ”a vida mesajı
-
Bu ərazilərdə qaz olmayacaq - yenilənib
-
“52 yaşlı xanımla görüşdüm” - VİDEO
-
Hindistanda DƏHŞƏTLİ TƏYYARƏ QƏZASI - 310-dan çox insan həlak oldu - YENİLƏNİB - VİDEO - FOTOlar
-
"Qalatasaray" dünya ulduzunu transfer etdi
-
Qarabağda mina basdırılması ilə bağlı məhkəmədə yeni faktlar açıqlanıb - FOTO
-
“Yaxşı arvadın əri gəzməz” - Ofeliya Şabanova - VİDEO
-
Attestata görə pul yığan sinif rəhbərinə xəbərdarlıq edildi - yenilənib - VİDEO
-
Paltaryuyan maşının qapısını açıq saxlamaq olmaz - SƏBƏB
-
Övladları xaricdə ali təhsil alan azərbaycanlı məşhurlar - siyahı - FOTO