İdman

Gənc futbolçu Vurğun etdiyi təhqirlə özünə tərs şillə "vurdu" - FOTO

22 Oktyabr 2014 15:23
0 Şərh     Baxış: 2 197
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bir futbolçuya, bir idmançıya və ən əsası bir insana yaraşmayan hərəkət... Belə yerdə deyiblər atalar: "Həm suçlu, həm güclü".

Srağagün Vurğun Fərəczadə haqqında verdiyimiz xəbər ölkə mediasında geniş yayıldı. "Neftçi" klubuna məxsus, icarə əsasında "Kəpəz" klubunda top qovan Vurğunun həm də "vurmaqla" arası olduqca yaxşıdır. Bu futbolçu onun haqqında yazılan yazıdan dərs çıxarmaq, səhvlərini düzəltmək əvəzinə üstə çıxmasına biz bir ad tapa bilmədik. Haqqında yazılanları yalan adlandıraraq bizi təhqir etməsinə isə sadəcə donub qaldıq. Futbolçu və ən əsası bir insan olaraq bu tənqidlərin öz nəticəsini verəcəyini gözlədiyimiz an təhqirə məruz qaldıq. Hətta Vurğun bu yazını yazana hədə-qorxu gəlməkdən belə qaçınmadı.

Bu məsələ ilə bağlı AFFA-nın mətbuat katibi Mikayıl Nərimanoğlu fikirlərini Milli.Az-a danışdı: "O futbolçunun hərəkətini qınayıram. Bu məsələ haqqında klub bir ölçü götürməlidir. Bizim əlimizdən heç bir şey gəlmir. Məhkəmə yolu ilə də öz hüquqlarınızı tələb edə bilərsiz. Hər bir Azərbaycan vətəndaşı kimi o da qanunlarımıza tabe olmalıdır".

PFL-in mətbuat katibi Aslan Şahgəldiyev də bildirdi ki, bu məsələdə bütün iş klub rəhbərliyinin üzərindədir: "Cəzanı yalnız klub rəhbərliyi verə bilər. Elə siz özünüz də məhkəməyə verərək ona cəza verə bilərsiz. PFL-in qanunlarında belə bir maddə var ki, futbolçu jurnalisti təhqir etsə, biz ona cəza verə bilərik. Amma yalnız mətbuat konfransı keçirilən otaqda bu baş verməlidir".

"Neftçi" klubunun mətbuat katibi Gündüz Abbaszadə isə məsələyə başqa aspektdən yanaşdı: "Vurğun bizə aid olsa da, indi "Kəpəz"in şərəfini qoruyur. Ona hazırkı evi cəza verməlidir, məncə. Bizlik burada bir iş yoxdur".

Bizə hədə-qorxu gəlməsini, təhqirini bir kənara qoyuruq. Bəs bu etdiyi qanunsuzluqlara görə ona heç bir sanksiya, heç bir cəza verilməyəcəkmi? Bu gün Vurğun bunları etdikdən sonra cəzasız qalacaqsa, kim zəmanət verir ki, sabah Əli, Vəli, Pirvəli də bunları və bundan qat-qat artıq şeyləri etməyəcək?!

P.S. "Kəpəz" klubu ilə əlaqə saxladıq və klubun baş məşqçisi Vidadi Rzayev indi toplantıda olduqlarını bildirdi: "Vurğun haqqındakı məsələlərdən dolayı iclasdayıq. Bir nəticəyə gəldikdən sonra yekun qərarımızı sizə bildirəcəyik".

Niyaməddin Şirinov
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.